Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
23:09 | 1 sentyabr 2014 | Bazar ertəsi
Məqaləyə 1138 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Rusiya prezidenti Vladimir Putin onu Ukraynaya hərbi müdaxilədə günahlandıran Avropa liderlərin sərt tonda hədələyib. Virtualaz.org saytı xəbər verir ki, bu haqda İtaliyanın «La Repubblica» qəzeti Avropa İttifaqı (AI) liderlərinin ötən şənbə günü keçirilən toplantısında gedən müzakirələrə istinadən yazır.
Ötən şənbə günü Aİ liderləri Rusiyanın Ukraynanın şərqinə minlərlə əsgər və yüzlərlə hərbi texnika göndərməsinə cavab olaraq Moskvaya qarşı yeni sanksiyaları müzakirə ediblər. Lakin Aİ-nin 28 üzvü arasından Macarıstan və Slovakiya Rusiyaya qarşı yeni sanksiyalara qarşı çıxıb.
Müzakirələr zamanı Litva prezidenti Dalya Qribauskayte Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin həm də Avropaya qarşı müharibə olduğunu deyib. Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi səmərəsiz qalıb.
«Bizim diplomatik kanalların açıq qalması üçün göstərdiyimiz bütün səylərə baxmayaraq Putin boş vədlər verib və Ukraynanın şərqində vəziyyəti daha da gərginləşdirməkdə davam edib» - deyə Merkel bildirib.
Qəzetin yazdığına görə bundan sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso söz alıb və Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb.
Barroso deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: «Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm, bunu cəmi iki həftəyə edərəm».
Putin bununla Avropa liderlərinə mesaj verib ki, onu daha sərt sanksiyalarla hədələyib təhrik etməsinlər. Qəzetin yazdığına görə, toplantıda Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın Krım kimi Ukraynanın şərqini də cəzasız şəkildə ələ keçirməsinə imkan verməməyə çağırıb. O, Ukraynanın şərqindəki vəziyyəti Münhen sövdələşməsinə bənzədib. Həmin sövdələşməyə əsasən Qərb liderləri Çexoslavakiyanın bir hissəsini Hitlerə verməyə razılaşmışdı.
Putinin Barroso ilə telefon danışığı zamanı Kiyevi almaqla hədələdiyini «Financial Times» qəzetinə Aİ-dəki yüksək rütbəli diplomatik mənbə də təsdiq edib.
Mənbə deyib ki, Putin Barrosoya belə deyib: «Əgər mən doğrudan da Ukraynaya hücum etsəydim, Kiyevi iki həftəyə alardım».