vaxtlı-vaxtında oxuyun! Cümə, 4 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SƏHİYYƏ, ORDU  
Nazir dərman payladı ... 21:00 | 1 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 2685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir dərman payladı ...

... və şikayətçiləri xəstəxanalara göndərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Səhiyyə naziri Oqtay Şirəliyev Sumqayıt şəhər 1 saylı xəstəxanada Ağdam, Bərdə, Şəki və Fizuli rayon sakinlərini qəbul edib. Bu barədə nazirliyin saytında məlumat veriilb.

Xəbərdə deyilir ki, nazir sakinlərin problemlərini dinləyib və şikayətlərin təmin olunması üçün göstərişlər verib. Görüş zamanı 40-a yaxın müraciət daxil olub. Nazirin tapşırığı ilə bir necə nəfər hepatit komissiyasına göndərilib. Bundan əlavə, müraciət edənlər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, Respublika Dəri-Zöhrəvi Dispanserinə, Respublika Klinik Xəstəxanasına, Elmi Cərrahiyyə Mərkəzinə, Milli Onkologiya İnstitutuna, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Səhiyyə Nazirliyin kadr, elm və təhsil şöbəsinə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndəriliblər.

Müraciət etmiş sakinlərin bəzilərinə ehtiyac duyduqları dərman preparatları verilib. Görülmüş işlər minnətdarlıqla qarşılanıb.