Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
16:05 | 7 sentyabr 2014 | Bazar
Məqaləyə 1246 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Kiyev və Bütün Ukraynanın partriarxı Filaret Putinlə bağlı xüsusi bəyanat verib. Bəyanatda deyilir ki, Putin İblisin təsiri altındadır.
«Böyük təəssüflə və açıq deməliyəm ki, dünyanı idarə edənlər arasında əsl Kain peyda olub. Öz adına görə yox, əməllərinə görə. Bu əməllər sübut edir ki, tarixdə öz qardaşını öldürən ilk adam olan Kain kimi bu hakim də İblisin təsiri altına düşüb» - deyə patriarx bildirib.
(Bibliyaya görə, Kain öz qardaşı Abeli öldürüb. Qurana görə isə adlar fərqlidir: Kain Qabildir, Abel isə Habil-red).
Filaret Putini iki böyük günahda ittiham edir: qətldə və yalanda. Filaret bildirir ki, hər iki günahın «rəisi və ilhamvericisi İblisdir».
Filaretin fikrincə, Ukraynanın şərqində insanların ölməsinin ən böyük günahı Putindədir.
Ukrayna partriarxının rəsmi saytında yerləşdiriıən bəyanatda deyilir: «Ölümləri və qan tökülməsini dayandırmaq onun səlahiyyətindədir. Putin özünü Ukrayna xalqının qardaşı adlandırır, ancaq o, həqiqətən Kain olub - öz qardaşının qanını tökməklə və dünyanı yalana bürüməklə».
Filaret bildirir ki, Putinə və onun əlaltılarına dəfələrlə müraciət olunub ki, oturub-fikirləşsinlər, tövbə etsinlər. Ancaq heç nə dəyişməyib: »Belə görünür ki, o, çağırışlara kardır və şəri yalnız çoxaldır. Çünki İuda İskariot kimi onun daxilinə İblis girib».
(İuda İskariot 30 gümüş pula İsa peyğəmbəri romalılara satıb-red.) («Azadlıq» radiosu).