vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
Biletlər bahalaşdı 10:00 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1316 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biletlər bahalaşdı

DSK nəqliyyat sektorundakı qiymətlərə aydınlıq gətirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

2014-cü ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz, sərnişindaşıma tarifləri isə 0,9 faiz ucuzlaşmışdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 11,8 faiz ucuzlaşma müşahidə olunmuşdur.

Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9 faiz ucuzlaşmış, dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3 faiz bahalaşmışdır.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmamışdır.