
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
«Artıq 3 ildir ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bələdiyyələrə bu illər ərzində 5,2 milyon manat ayrılıb və bu rəqəm hələ də dəyişilməyib. Hesab edirəm ki, bələdiyyələrə ayrılan vəsaiti 2 dəfə artırsanız belə, bu, heç də onların fəaliyyətini yaxşılaşdırmaq üçün böyük məbləğ olmaz».
AzVision.az xəbər verir ki, bu sözləri Regional Məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisdə 2015- ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri hesab edir ki, bu rəqəm hər dəfə artırılmalıdır: «Bələdiyyələrinə fəaliyyətinə bu cür qiymət vermək yerli özünüidarəetmə orqanlarının işini kifayət qədər qiymətləndirməməkdən irəli gəlir. Bələdiyyələr Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasının əsas amillərindən biridir. Odur ki, mövcud problemi hər dəfə qabartsaq da, bu barədə konkret rəqəmə gəldikdə hərəkət yoxdur».