4 xarici dil bilən baş nazir
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
            					
            	
                22:00 | 22 dekabr 2014 | Bazar ertəsi
                Məqaləyə 1318 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
                                Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”
                                Rayonlarda kinoteatrlar kütləvi şəkildə özəlləşdirməyə çıxarılır
                                Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
                                Rəhman Səfərov: «Biz Malaziya və Türkiyə təcrübəsini əsas götürmüşük»
                                Halal hotellərə qarşı yeni tələblər
                                Teatra Mehriban Ələkbərzadə və Rəşad Əhmədzadə rəhbərlik edəcək
                                Ekspertlər, Şamaxı Safari Parkını bioaləmin inkişafı baxımından müsbət qiymətləndirirlər
                                «Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir»
                                Danışaq deyirsiniz, danışaq da...
                                «Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib»
                                ... yaxud, bu gün qazanaq, sabaha Allah Kərimdir təfəkkürü
                                İtaliyada ilk dəfə Azərbaycan film festivalı başlayır
                                Bakıda «+18» sərgisini təşkil edənlər məhkəməyə veriləcək
                                Əbülfəs Qarayev Əflatun Amaşovu yubiley münasibətilə təbrik edib
                                Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər
Prezident İlham Əliyev Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikasında turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan sürətli inkişafı, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasını, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasını nəzərə alaraq qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılsın.
Nazirlər Kabinetinə bu sərəncamla yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək; Azərbaycan prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan prezidentinə məlumat vermək; Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin bütün pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil mərkəzi kimi fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı, o cümlədən müvafiq tədris şəhərciyinin yaradılması ilə bağlı təklifləri iki ay müddətində Azərbaycan prezidentinə təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.