
700 neftçi təxliyə edilib
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır”
... Rotşildlər isə Azərbaycana gəlir?
İsgəndər Şirəliyev tresti ailə şirkətinə çevirib
Vüqar Bayramov: «Bankların sayının azalması gündəmdədir»
«... gələn il istehsala başlayırıq»
Devalvasiya olacaqmı?
Yerinə kim gələcək?
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
Prezidentin iki dəfə verdiyi tapşırığı yerinə yetirməyən, dövlətin nüfuzuna xələl vuran kimdir?
Rövnəq Abdullayevdən özəl şirkətlərə təklif
İldə 700 milyon kubmetr itki, korrupsiya, daha nələr...
«Bloomberg»: «Manatın təzədən özünə gəlmək şansı var, amma... »
Banklar dolları 1.70 manatdan alır
«Əhaliyə əziyyət verib, pul qazanırlar»
Mərkəzi Bankın «üzən məzənnə» siyasətinə keçidi və manatın növbəti şok devalvasiyası cəmiyyətdə çaşqınlıq yaratmaqla bərabər, bütün sahələrə mənfi təsirlərini göstərməyə başlayıb.
Devalvasiyanın doğurduğu ağır iqtisadi şərait müxtəlif qurumlarda ixtisarları labüdləşdirib.
Hətta Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) əlavə xərcləri azaltmaqla qənaət rejiminə keçdiyini bəyan edib.
Bununla yanaşı, bank sektoru, özəl xəstəxanalar ixtisarlar gedəcək sahələrin önündə gəlir.
Modern.az saytına bir sıra özəl klinikalarda çalışan tibbi personalın verdiyi məlumata görə, dünəndən etibarən işdən çıxarılma ilə bağlı xəbərdarlıq alıblar. Hətta məsələ ilə bağlı bir çox xəstəxana rəhbəri işçilərlə görüşüb, vəziyyəti müzakirə edib.
Bakıda kifayət qədər məşhur olan klinika rəhbəri indiki vəziyyətdə işçi heyətinə əmək haqqı ödəmək iqtidarında olmadığını bildirərək, xəstəxananı bağlayacağını deyib. Eyni halın daha bir neçə özəl xəstəxanada yaşandığı bildirilir.
Bu gün Azərbycanda 500-dən çox özəl klinikanın fəaliyyət göstərdiyini, onların hər birində onlarla insanın çalışdığını və həmin xəstəxanaların böyük əksəriyyətinin bağlanmaq təhlükəsilə üz-üzə gəldiyini nəzərə alsaq, demək ki, Azərbaycanda səhiyyə sahəsində də böyük işsizlər ordusunun yaranmasına çox qalmayıb...