
Sirli doktrina və əhəmiyyətli siyasi rol
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
İsrail və Suriya arasında təmas
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Suriyanın diktator prezidentinin əmisi oğlu axtarışda idi
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
Tom Barak: “Bu gün bizim maraqlarımız üst-üstə düşür”
Uşaqların mübahisəsi kütləvi toqquşmaya çevrildi
İtkin düşən ABŞ jurnalisti Əsəd rejimi tərəfindən həbs edilib
Suriya yenidən vətəndaş müharibəsi astanasındadır
Kürd yaraqlıları inteqrasiyadan kənarda qalacaq
Suriya müxalifətinin nümayəndələri irəli sürdükləri şərtlərinin icrasına 48 saat verəcək. ANS PRESS-in məlumatına görə, Suriya hökuməti ilə sülh danışıqları aparmaq üçün İsveçrənin Cenevrə şəhərinə gələn müxalifətin nümayəndə heyəti şərtlərinin icra olunmayacağı təqdirdə danışıqları tərk edəcəyini açıqlayıb.
BMT-nin xüsusi nümayəndəsi Steffan de Mistura ilə konsultasiya zamanı Suriya müxalifətinin Dəməşqlə danışıqlara başlamaq üçün öz şərtlərini açıqlayacağı gözlənilir.
Nümayəndə heyətinin əsas tələbləri blokadanın aradan qaldırılması və dinc sakinlərə atəş açılmasının dayandırılmasından ibarətdir. Əgər bu şərtlər 48 saat ərzində icra olunmasa müxalifət nümayəndələri danışıqları tərk edəcəklərini bildirirlər.
***
03:55
Suriya müxalifətinin nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərinə gəlib. ANS PRESS-in məlumatına görə, müxalifətçilərin Suriya hökuməti ilə sülh danışıqlarına gedib-getməyəcəyi hələ də sual altındadır.
Tərəflər arasında görüş ötən gün baş tutmalı idi. Lakin danışıqlarda kimlərin iştirak edəcəyi məsələsi hələ ki, görüşün baş tutmasıana mane olur. Müxalifət təmsilçiləri, həmçinin, bir sıra digər şərtlərlə də çıxış edirlər.
Şərtlərə əsasən, Suriya hökuməti bütün ölkədə humanitar yardım agentliklərinin sərbəst fəaliyyətinə icazə verməli və mülkilərə, həmçinin, xəstəxanalara hücumlara son qoymalıdır.
«Biz danışıqları başlatmağa hazırıq. Lakin biz bunun müqabilində ən azından Suriyada müəyyən irəliləyiş olduğunu görmək istəyirik. Xalqımıza qarşı qətliama son qoymalıyıq. Bizə kömək etsinlər. Suriyada qalan uşaqların həyatını xilas etməyə kömək etsinlər. Müharibənin sona çatması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Suriyada İŞİD-i məhv etmək, terrorizmə, diktatorluğa son qoymaq istəyirik», - deyə Suriya müxalifəti nümayəndə heyətinin mətbuat katibi Salim əl-Məslət bildirib.
Görüşlər baş tutacağı təqdirdə, tərəflər arasında son 2 ildə ilk dialoq olacaq. Görüşlərə Birləşmiş Millətlər Təşkilatı vasitəçilik edir.
Suriya vətəndaş müharibəsi 2011-ci ilin mart ayından bəri davam edir.