
Palmira bazası Türk ordusuna verilib
Suriyada Türkiyənin ən azı 2 hərbi kontingenti olacaq
Suriyada Türkiyənin ən azı 2 hərbi kontingenti olacaq
Əsəd rejimi tərəfindən axtarılanlar bununla fəxr edirlər
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
Ottava Dəməşqə səfir göndərəcək
Ankara üçün yaxın perspektivdə əhəmiyyətli gedişatlar olduğu kimi, risklər də var
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Barışığa təzə inanıb özlərini cilovlamışdılar, yeni üsyan çıxdı
Əsas şübhələr İranın üzərinə yönəlir
Baas rejiminin tör-töküntülərinə qarşı əməliyyat – ən azı 11 ölü
Böyük Britaniyanın Suriya qərarı ...
Rusiya Suriyada hərbi və iqtisadi təsirini artırmağa çalışır
“İran İraq və Suriyada yüksək bədəl ödədi”
20 nəfərin qalıqları tapılıb
ABŞ ordusu Suriya Hürrəsəddin qruplaşmasının liderini məhv etdiyini açıqladı
“Səhv addımlar atılarsa, geri qaytara bilərik”
PKK-nın Türkiyə qanadı Suriya hökumətinin tələblərini qəbul edib
«The Telegraph» Suriya prezidenti Bəşər Əsədin arvadı Əsma Əsədin Rossia 24 dövlət telekanalına müsahibəsindən yazıb. Bu müsahibədə Suriyanın birinci ledisi deyib ki, onun ölkəsini və ərini tərk edib getməsi üçün ona maliyyə və təhlükəsizlik zəmanətləri təklif edilibmiş.
Britaniyada doğulmuş Əsma Əsəd deyib ki, bu «axmaq» təkliflərdən imtina edib. Cənab Əsədlə 2000-ci ildən evli olan Əsma Əsəd Rusiya telekanalına deyib ki, bu təklifləri ona edənlərin məqsədi Suriya xalqının öz prezidentinə inamını sındırmaq idi.
«The Telegraph» yazır ki, Əsma xanım Londonda doğulsa da, valideynləri varlı suriyalılardır.
Məqələdə deyilir ki, Suriyada 2011-ci ildə münaqişə başlanandan bəri xanım Əsəd ictimai nəzərdən kənar saxlanırdı.
«The Telegraph» yazır ki, Əsma Əsəd Avropa İttifaqının sanksiya siyahısındadır və ona hər hansı maliyyə yardımının edilməsi qadağandır. Sanksiyalara görə o Aİ-də Britaniyadan başqa heç bir ölkəyə səfər edə bilməz. Britaniyanın istisna təşkil etməsi isə onun bu ölkənin vətəndaşı olması ilə bağlıdır.
Məqalədə deyilir ki, son səkkiz ildə verdiyi ilk müsahibədə üç uşaq anası Qərbi Suriya münaqişəsinə ikili standartlarla yanaşmada ittiham edib.
Müsahibəni ingiliscə verən xanım Əsəd didərginlərə, yaralı Suriya əsgərlərinə və şəhid ailələrinə yardımlarından danışıb.
O deyib ki, ərini öz vicdanının səsi ilə tərk etməyib.
Suriyanın birinci ledisi bunu da əlavə edib ki, Qərbin sanksiyalarından sadə insanlar da iztirab çəkirlər. Bu sanksiyalar xalqı var-yoxdan çıxarır.
Bəşər Əsədin həyat yoldaşı Moskvaya «nəcib hərəkətinə» görə, yəni Suriyaya hərbi müdaxiləsinə görə təşəkkürünü bildirib. O deyib ki, Suriyanın «həqiqi dostları» olmasaydı, ölkənin vəziyyəti daha da ağır olardı.
«The Telegraph» xatırladır ki, xanım Əsədin bu müsahibəsindən az əvvəl onun prezident əri kremlpərəst «Komsomolskaya Pravda» qəzetinə geniş müsahibə verib. (BBC)