SEPAH-a ərəb zərbəsi
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
22:43 | 29 oktyabr 2016 | Şənbə
Məqaləyə 2096 dəfə baxılıb
Şriftin ölçüsü
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
OPEC-ə daxil olan və olmayan neft ölkələrinin nümayəndələrinin Vyanada keçirilən ikigünlük texniki məşvərəti gözlənildiyi kimi yekdil mövqe ortaya qoyulmadan başa çatıb. Bəri başdan qeyd etmək lazımdır ki, bu toplantıya Azərbaycanın energetika naziri Natiq Əliyev sədrlik edirdi. Cənab Əliyevin toplantıya sədrlik etməsi heç də Azərbaycanın neft ehtiyatlarının həcminə və bazarda oynadığı rola görə deyildi. Sadəcə olaraq toplantıya Azərbaycan istisna olmaqla heç kim nazir səviyyəsində qatılmamışdı və bu səbəbdən sədrlik Natiq Əliyevə həvalə olundu.
Toplantıda OPEC-ə daxil olan və olmayan ölkələrin neft hasilatını gündə orta hesabla 400 min barrel azaldaraq 32.5-33 milyon barrel səviyyəsində dondurması müzakirə olunurdu. Lakin yekdil mövqe ortaya qoyulmadı və yeganə nəticə bu oldu ki, növbəti belə görüş noyabrın üçüncü ongünlüyündə-OPEC üzvü olan ölkələrin neft nazirlərinin rəsmi görüşü ərəfəsində keçirilsin.
Vyana məsləhətləşmələrinin birinci günü 11 saat davam edib, bu gün isə iştirakçılar 7 saatlıq müzakirələrlə kifayətləniblər. Təbii ki, arada fasilə də ediblər. Toplantı başa çatdıqdan sonra jurnalistlərə Natiq Əliyev açıqlama verib. Deyib ki, hasilatın dondurulması məsələsi İran və İraqdan asılıdır. Hansı ki, bu ölkələr hasilatın məhdudlaşdırılması ideyasını dəstəkləmirlər və daha çox bazardakı mövqelərini geri qaytarmaq barədə düşünürlər.
Lakin OPEC-ə üzv olmayan ölkələrdən Qazaxıstan da hasilatın məhdudlaşdırılmasına soyuq yanaşır. Toplantının getdiyi saatlarda Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev deyib ki, Astana hələ bu haqda qərar qəbul etməyə hazır deyil. «Fikrimcə biz bir daha görüşməliyik. Digər tərəfdən məsələni daxildə müzakirə edib konkret qərar qəbul etməyə ehtiyac var»-o deyib.
Vyana görüşü ilə bir vaxtda digər neft ölkəsi Braziliya isə bildirib ki, hasilatı nəinki dondurmaq fikrində deyil, üstəlik artırmağı düşünür. Doğrudur, Braziliya hasilatı nə qədər artıracağını açıqlamayıb, ancaq bu ölkənin neft rəsmiləri bildirib ki, hasilatın 2017-ci ildə də artırılması planlaşdırılır. Braziliyanı Vyana məsləhətləşmələrində təmsil edən Energetika Nazirliyinin neft-qaz departamentinin rəhbəri Marsiu Feliks isə deyib ki, qəti mövqe bildirmək üçün başqa ölkələrin də mövqelərini eşitmək lazımdır.
Qeyd etmək lazımdır ki, Braziliya parlamentinin spikeri, prezidentin səlahiyyətlərini icra edən Rodriqo Mayya Bakıya rəsmi səfərə gəlir və onun səfəri Azərbaycan tərəfinin dəvəti ilə baş tutur. Ehtimal olunur ki, bu səfərdə neftin qiymətinin yüksəlməsinə təkan vermək üçün məsləhətləşmələr aparılacaq. Bundan əvvəl neftin ucuzlaşmasına görə iqtisadiyyatı ağır duruma düşən Venesuelanın prezidenti Nikolas Maduro Bakıda səfərdə olub və hasilatın məhdudlaşdırılması barədə danışıqlar aparıb. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı birtərəfli qaydada hasilatı artırmamaq barədə qərar verib və başqa hasilatçı ölkələri də buna çağırır.
Beləliklə, hazırda hasilatın məhdudlaşdırılması barədə mövqeyini tam qətiləşdirən bir neçə ölkədən biri Azərbaycandır. Qalanların isə hərəsinin ağzından bir avaz gəlir. Bu isə bazarda hazırda 50 dollar səviyyəsində stabilləşən qiyməti əksinə, aşağı sala bilər...