Iraqda siyasi sui-qəsd
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
23:24 | 30 oktyabr 2016 | Bazar
Məqaləyə 689 dəfə baxılıb
Şriftin ölçüsü
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
İraq kəşfiyyatı Şara ilə masada
“Zəvvarlar kişiləri narkotik satır, qadınları sığı adı altında fahişəlik edir”
Sistaninin çevrəsi Bağdadda boşluğu doldurmağa çalışır
İraq fermerləri səhrada xurma yetişdirir
İraqdakı PUA hücum ilə körfəzdəki qaçaqmalçılıq arasında bağlantı varmı?
Bərzanilər və Təlabanilər arasında rəqabət meydanı
Hava limanı vuruldu
Ərbildə şübhəli PUA vurulub
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
“Keçmişi silmək” qorxusu gücləndikcə, Tikritdə silahlı bir qrup ağırlaşır
4 nəfər ölüb, 3 nəfər yaralanıb
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
Mario Varqas Llosanın Bağdad təəssüratları
İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
Yerli rəsmilərin verdiyi məlumata görə, Bağdadda beş partlayış nəticəsində 17 nəfər ölüb, 60 nəfər yaralanıb. Avtomobildə yerləşdirilmiş bombalardan biri paytaxtın əsas etibarilə şiələrin yaşadığı şimal-qərb hissəsində yerləşən Hürriyyə rayonunda meyvə-tərəvəz bazarında partlayıb. Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Rəsmilər, polis işçiləri və mətbuat üzvləri ilə danışmaq səlahiyyəti olmadığı üçün adlarının açıqlanmasını istəməyən həkimlər Bağdadın şimalınd Şaab məhəlləsində izdihamlı bazarda əldəqayırma partlayıcı qurğuların partlaması nəticəsində üç nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.
Bağdadın Topçi və Zatariya rayonlarındakı bazarlarda baş vermiş iki başqa partlayış zamanı isə dörd nəfər həlak olub, 16 nəfər yaralanıb.
İraq paytaxtının yoxsul şəhər ətrafı bölgəsi olan Sədr şəhərciyində isə mikro avtobusa yerləşdirilmiş başqa bir bombanın partlaması nəticəsində altı nəfər yaralanıb.
Bazar günü bomba hücumlarına görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin sünni ekstremistlər İraqda əksəriyyət təşkil edən şiələrə qarşı tez-tez hücumlar təşkil edir.
Bağdadda baş vermiş silsilə partlayışlar İraq təhlükəsizlik qüvvələrinin ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD-dən azad edilməsi əməliyyatları apardığı vaxta təsadüf edir.