İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:32 | 30 oktyabr 2016 | Bazar
Məqaləyə 2241 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Azərbaycan OPEK ilə daha sıx əlaqədə maraqlıdır. «Trend»in «World Energy News» nəşrinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev OPEK-in baş katibi Məhəmməd Barkindo ilə görüşdə deyib.
Nazir qeyd edib ki, Azərbaycan OPEK-in neft bazarında vəziyyətin sabitləşməsi üzrə təcrübəsini öyrənməkdə və bu məsələdə kartelə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycanın hansı rol oynaya biləcəyini aydınlaşdırmaqda maraqlıdır.
N.Əliyev vurğulayıb ki, OPEK-ə daxil olan və olmayan ölkələr eyni problemlə üzləşiblər və bu problemin ümumi həllini axtarmalıdırlar.
Nazir bildirib ki, Azərbaycan maliyyə baxımından neft və qaz sənayesindən asılıdır və yol xəritəsinin inkişafı Azərbaycan üçün növbəti vacib addımdır.
N.Əliyev «Reuters»ə bundan əvvəl deyib: «Venesuela və Azərbaycan razılığa gəliblər ki, bazarda vəziyyətin sabitləşməsi üzrə bəzi tədbirlər görülə bilər. Biz razılığa gəldik ki, neftin qiyməti bir barel üçün təxminən 60 dollar ola bilər».
Nazirlə görüşdə OPEK-in baş katibi bildirib ki, Əlcəzair sazişinin mandatlarından biri daimi əməkdaşlıq üçün zəmin yaratmaqdan ibarətdir: «OPEK və kartelə daxil olmayan ölkələr arasında inkişaf edən münasibətlər daimi əsasda təkmilləşdirilməlidir».
Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında əldə olunan Əlcəzair sazişnə əsasən, OPEK-ə daxil olmayan ölkələr danışıqlarda iştirak etmək üçün dəvət alıblar.