
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Güney Azərbaycanın Tikantəpə şəhərinin Sarıcalı kəndinin əhalisi var gücləri ilə kəndlərini talançı sahibkarlardan qorumağa çalışır. Bir həftə ərzində iki dəfə kənd əhalisi ilə mədənçilər arasında qarşıdurma yaşandığı bildirilir.
Oktyabrın 31-də qadın, kişi və uşaqlar kəndin yolunu bağlayaraq mədənçiləri yeni fəaliyyətə başlamış Polimetal mədəninə buraxmaq istəməyiblər. Mədənə ağır texnika və yük maşınları ilə gələn mədənçilər kənd əhalisinin etirazına baxmayaraq yollarını davam etdiriblər, bu anda tərəflər arasında qarşıdurma yaşanıb. Hadisə yerinə gələn polis əməkdaşları və İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) üzvləri kənd əhalisini qarşıdurmaya son qoymağa çağırıblar. Qarşıdurmada bir neçə mədənçi kəndlilər tərəfindən döyülüb, onların maşınlarına hücum edilib. qarşıdurmada tutulan və xəsarət alan olmayıb.
Kənd əhalisi mədənçilərin qarşısını almağa nail olub və onların mədənə çatmasına imkan verməyiblər.
Oktyabrın 25-də də Sarıcalı kənd əhalisi ilə mədənçilər arasında oxşar qarşıdurma yaşanıb.
Sarıcalı kəndinin Polimetal mədənində mis, qurğuşun, sink (ruy), dəmir və az miqdarda qızıl metalları mövcuddur. Mədən, Sarıcalı kəndinin 500 metrliyində yerləşir və ölkə qanunlarına görə bu mədəndə iş aparmaq qeyri-qanuni hesab olunur. Lakin mədənçilər hökumət orqanları ilə olan münasibətlərindən istifadə edərək mədəndə istehsal işlərinin aparılması ilə bağlı lisenziya (mücəvvioz) almağa nail olublar.
Kənd əhalisi mədəndən qalxan tozlar və onların kəndi bürüyəcəyindən ehtiyatlanır. Onlar ağır texnikanın əkin yerləri və nəticədə heyvandarlıq işlərinə də ziyan vuracağını düşünür.
Mədənin bir neçə sahibkara aid olduğu bildirilir. Onlardan biri isfanalı, digəri isə uzun illər öncə Qum şəhərinə köçmüş, Elmi-Hözvədə işləyən əslən tikantəpəli Məhəmməd Sadiq Əsğəridir. Onların «Sepah»la əməkdaşlıq etdiyi bildirilir.