vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SƏHİYYƏ, ORDU  
İrimiqyaslı təlimləri davam edir 19:33 | 13 noyabr 2016 | Bazar Məqaləyə 1162 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrimiqyaslı təlimləri davam edir

Budəfəki sınaqlara hərbi dəniz qüvvələri və artilleriya qoşunları da cəlb edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin planına əsasən qoşunların, döyüş texnikalarının, döyüş gəmilərinin, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxarılması həyata keçirilib.

Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, «həyəcan» siqnalı ilə qaldırılan qoşunların və komanda idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələrinin ehtiyat aerodromlarına, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin əməliyyat rayonlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələrinin müvəqqəti atəş və start mövqelərinə çıxarılması və yenidən qruplaşması sona çatdırılıb.

Təlimdə iştirak edən qoşunlar şərti düşmənin ehtimal olunan fəaliyyətlərinin qarşısının alınması məqsədilə, plana uyğun yaradılmış vəziyyətlərdə sərəncamda olan müasir vasitələrdən, idarəetmə sistemlərindən, silah və texnikalardan effektiv istifadə edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.