
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
Əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər, yaxud bank sistemini silkələyəcək avantüra
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
Avropa bankı ABB-nin səhmdarı ola bilər
Elnur Məcidli: «Sonra heç nə olmamış kimi həyat davam edir»
Xarici kreditorların razılığı Beynəlxalq Bankının imcinə təsir etdi
Bu il «Azərbaycan Beynəlxalq Bankı»nın (ABB) toksik aktivlərinin «Aqrarkredit»ə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Bu barədə bankın ilk yarımilə aid birləşdirilmiş audit hesabatında deyilir. Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlər 9 milyard 930 milyon manat həcmindədir. Həmin aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. «Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin 2-ci, 2017-ci ilin 1-ci yarısında tamamlanması planlaşdırılır», - sənəddə belə yazılıb.
Ümumiyyətlə, ABB-də problemli kreditlərin həcmi tam açıqlanmır. Xatırladaq ki, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və «Aqrarkredit» QSC arasında ötən il avqustun 11-də imzalanan baş sazişə əsasən, ABB-nin problemli kreditləri 2015-ci ildən 2017-ci ilədək «Aqrarkredit»ə transfert ediləcək. ABB ötən il dekabrın 28-də «Aqrarkredit» QSC-dən «Zəmanət və öhdəlik» məktubu alıb. Bu məktub çərçivəsində «Aqrarkredit»in ABB-yə 5,7 milyard manat məbləğində öhdəliyi yaranıb.
Virtualaz.org qeyd edir ki, bu rəsmi məlumatda Azərbaycan Beynəlxalq Bankından təkcə birinci mərhələdə 10 milyard manatlıq problemli aktivin çıxarılması bankda Cahangir Hacıyevin dövründə hökm sürmüş dəhşətli korrupsiyanı bir daha göz önünə çıxarır. Bu, manatın indiki məzənnəsi ilə təqribən 5.8 milyard ABŞ dolları edir. Söhbət bankın geri qayıtmayan və müxtəlif layihələrdə batan kreditlərindən gedir. Lakin bankda problemli aktivlər hələ qalır və açıqlamada deyildiyi kimi prosesin ikinci mərhələsi hələ başlamayıb. Deməli Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin həcmi C.Hacıyevin bankdan uzaqlaşdırıldığı vaxtda təxmin ediləndən dəfələrlə çox imiş. Hansı ki, o vaxt rəsmi məlumatlarda bankın problemli aktivlərinin həcmi heç 1 milyard dollara da çatmırdı.
İqtisadçılara görə manatın dalbadal iki dəfə kəskin devlvasiyaya məruz qalmasının və hazırda da dəyərdən düşməkdə davam etməsinin əsas səbəbini məhz Azərbaycan Beynəlxalq Bankının «zəhərli» aktivlərində axtarmaq lazımdır.