
21.5 min nəfər geriləmə
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Başdan-ayağa sualdan ibarət statistika
Hər 100 manatın 5-i
Bir kvadratkilometrə 118 nəfər düşür
Proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir
Əksər qurumlarda boş vakansiyalar qalır
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
Azərbaycanda inflyasiyanın həddi açıqlandı
Ən çox zərərçəkənlər kişilərdir
DSK sədri belə deyir
26,4 faiz, yaxud ...
Meşə təsərrüfatının illik statistikası açıqlandı
Rəsmi statistika yayıldı
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
Azərbaycana gələn əcnəbilərin maraqlı statistikası
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlər 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz artıb.
Bu ilin noyabr ayında oktyabra nisbətən istehlak məhsulları və xidmətlər 1,7 faiz, o cümlədən ərzaq məhsulları 2,6 faiz, qeyri-ərzaq məhsulları 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3 faiz bahalaşıb.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, peçenye və paxlavanın, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin, armudun, narın, heyvanın, pomidorun, xiyarın qiymətlərində bahalaşma, bananın, almanın, limonun, naringinin, xurmanın, şabalıdın, kələmin, göyərtinin, kökün, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Noyabrda oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, dərmanların, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, fərdi kompüterlərin, dəftərxana ləvazimatlarının, kitabların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqları, məişət cihazları, avtomobillərin təmiri xidmətləri, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində artım müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz artıb.
Bu ilin oktyabr ayında isə sentyabra nisbətən istehlak məhsulları və xidmətlər 1,3 faiz, o cümlədən ərzaq məhsulları 2,3 faiz, qeyri-ərzaq məhsulları 1,1%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,2 faiz bahalaşıb.