
“Effektiv zərbə”
Türkiyə Əsəd qüvvələrini vurdu
Türkiyə Əsəd qüvvələrini vurdu
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”
Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”
12 iyunda böyük açılış gözlənilir
Natiq Cəfərli: ««Pomidor razılaşması» Azərbaycanın ixracatına mənfi təsir göstərəcək»
Əli Həsənov: «Bu kimi halların olmamasını istərdik»
Ərdoğandan Putinə iki təklif ...
Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi
Fəaliyyətdə olan prezidentdə 1010, sabiqlərdə isə 616 dollar ...
Ərdoğan hər ikisini təmin etdi
Putin və Ərdoğan ən vacib problem barədə qərar verib
«Qafqaz və Təfəkkürün ardınca, digər lazım olmayan universitetlər də bağlanmalıdır»
Türkiyə nə etməlidir?
«Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib»
Bütün ali məktəblərdə tələb eynidir, birinci il ...
Türkiyəli tələbələrin narazılıqlarını nəzərə alaraq, yaxın gələcəkdə Qafqaz Universitetinin adının dəyişdirilməsi gözlənilir.
Qafqaz Universitetinin rektoru Havar Məmmədov APA-ya bildirib ki, bu gün ada görə Türkiyə universitetləri ilə müxtəlif problemlər yaranır. Onun sözlərinə görə, tələbələr mütəmadi olaraq universitetin adının dəyişməsi ilə bağlı rektorluğa müraciətlər edirlər. Bu tələbələrin Türkiyə ali məktəblərində qəbul edilmədiyini deyən H.Məmmədov bildirib ki, bütün narahatlıqlar həm Azərbaycanın, həm də Türkiyənin müvafiq qurumlarına çatdırılıb: «Türkiyəli üç tələbə Qafqaz Universitetindən çıxaraq, Türkiyədə təhsilini davam etdirmək istəsə də, qəbul olunmayıb. Nəticədə onlar yenidən Azərbaycana qayıdaraq, Qafqaz Universitetində təhsillərini davam etdirirlər. Hazırda ali məktəbdə 95 türk tələbə təhsil alır. Son bir ayda 10-a yaxın tələbə bildirib ki, mövcud vəziyyətdən valideynləri də narahatdır».
Rektor əlavə edib ki, Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında olan tələbə mübadiləsi, kadr hazırlığı, müəyyən təqaüdlər dayandırılıb, bəzi müqavilələrə xitam verilib: «Mən də tələbələrin narazılıqları və yaranmış vəziyyətlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. İnanıram ki, yaxın vaxtlarda universitetin adının dəyişilməsi məsələsi həllini tapacaq, diplomlar tanınacaq. Universitetin gələcək inkişafı üçün də bu məsələ lazımdır. Ancaq universitetin yeni adının nə olacağını indidən demək çətindir».