
“Mətbuatdakı xaotik vəziyyət birbaşa onların əməli idi”
Deputatlar KİVDF-dəki fırıldaqlar haqda
Deputatlar KİVDF-dəki fırıldaqlar haqda
Həsənov klanını bitirən faktlar üzə çıxır
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
... antimilli qruplar isə hakimiyyət eşqində
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
Prezidentin köməkçisi 59 yaşını tamamladı
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
Prezidentin köməkçisindən sərt sözlər
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib:
«Azərbaycanda ümummilli lider hakimiyyətə qayıdandan sonra media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldı və mediaya bu cür münasibət sərgiləndi».
Ə. Həsənov bildirib ki, media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rol oynayır.
«Ona görə də ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərində bütün ictimai tənzimləmə mexanizmlərini ləğv etdi və jurnalistlər Mətbuat Şurasını yaratdılar.
Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Cənab Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib».