vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
İŞİD-in ölümcül hücumu 21:31 | 15 yanvar 2017 | Bazar Məqaləyə 809 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD-in ölümcül hücumu

Terrorçular Suriyada və İraqda işğal etdikləri əraziləri birləşdirmək istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Özünü «İraq-Şam İslam Dövləti» (İŞİD) adlandıran qruplaşmanın döyüşçüləri, şərqi Suriyada Deyr əl-Zor şəhərinin hökumətin idarə etdiyi ərazilərinə hücum edib.

Hücum nəticəsində onlarla adamın öldüyü deyilir.

Suriya İnsan Haqları Müşahidə qrupunun bildirdiyinə görə, 12 hökumət əsgəri və 20 İŞİD terrorçusu öldürülüb.

Qrupun sözlərinə əsasən İŞİD-in raket hücumu nəticəsində bundan başqa azı 2 mülki şəxs həlak olub.

2015-ci ilin əvvəllərindən İŞİD döyüşçüləri şəhərin hökumətin idarə etdiyi hissələrini mühasirəyə alıb.

Deyr əl-Zor şəhərinin yarısı və eyni adla tanınan vilayətin əksər hissəsi İŞİD-in nəzarəti altındadır.

Deyr əl-Zor, terrorçuların Suriyadakı «paytaxtı» kimi tanınan Raqqa ilə qrupun İraqda idarə etdiyi ərazini birləşdirir.