İrqçilik doğuşdan gəlir, yoxsa psixoloji bir problemdir?
Psixoloji səbəblər və elmi baxış
23:00 | 15 yanvar 2017 | Bazar
Məqaləyə 1508 dəfə baxılıb
Şriftin ölçüsü
Psixoloji səbəblər və elmi baxış
“DroomSap” epilepsiyaya səbəb ola bilər
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Avropada yaşayan türklərin mövsümü rekordu
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Avropada sığınacaq müraciətləri azaldı
Sağçı deputatlar sənayenin, solçular yaşıl enerji tərəfdarlarının yanında
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Avropa yaxın gələcəkdə özünü müdafiə edə bilməyəcək
CDU-dan sosial yardım açıqlaması
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
Ölkədə biotəhlükəsizlik həyəcanı verildi
Cəriməsi 50 min avrodur
«The İndependent» yazır ki, Avropa Parlamentinin (AP) üzvləri robotlara hüquqi statusun verilməsi təklifini səsə qoyublar. Bundan sonra robotların «elektron şəxs» adlandırılması nəzərdə tutulub. Hazırda onların öz «hərəkətləri və səhvləri» üçün necə məsuliyyət daşıyacaqları müzakirə edilir.
Lüksemburqlu sosialist millət vəkili Medi Dalvauks-Steres (Mady Delvaux-Stehres) tətəfindən təklif olunmuş hesabat layihəsində deyilir ki, hazırkı qaydalar «texnoloji inqilabdan» geridə qalır. Deputat robotlar üçün «elementar etik prinsiplərin» yaradılmasını təklif edir.
Xanım Delvauks-Steresin qətnamə layihəsi AP komitəsindən asanlıqla keçib.
Yeni qanunun fevral ayında AP-də səsə qoyulması nəzərdə tutulub.
Hesabatda deyilir ki, robotlar və süni zəkanın botlar və androidlər kimi başqa daşıyıcıları yaxın gələcəkdə cəmiyyətin bütün təbəqələrini bürüyəcək.
«Robotların fərdiliyi artdıqca onların sadəcə kiminsə əlində alət olmasının hüquqiliyi azalır - deyilir layihədə, - Bu səbəbdən də adi qaydalar onların tənzimlənməsi üçün kifayət etmir».
Xanım Delvauks-Steres bildirib ki, robotların gələcəkdə də yalnız insanlara xidmət etməsini təmin etmək üçün hüquqi çərçivə hazırlanmalıdır.
2014-cü ildə robotların satışı 29 faiz artıb və bu tarixən ən böyük artım sayılır. Çünki 2010-2014-cü illər arasında artım 17 faiz idi.
Ötən ilin iyununda «Google» ev işləri görən «robot it» yaradıb. Alman alimləri isə robotların ağrı hiss edə bilmələri üçün süni sinir sistemi yaradılması üzərində işləyirlər.
Alimlər bildirirlər ki, sürücüsüz avtomobillər qəzaların sayını 90 faiz azalda bilər.
Lakin alimlər həm də ciddi mənəvi dilemma qarşısındadırlar.
Müəyyən hallarda robot sürücü maşından kənarda olan insanların məhvinə çalışa bilər.