
21.5 min nəfər geriləmə
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Başdan-ayağa sualdan ibarət statistika
Hər 100 manatın 5-i
Bir kvadratkilometrə 118 nəfər düşür
Proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir
Əksər qurumlarda boş vakansiyalar qalır
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
Azərbaycanda inflyasiyanın həddi açıqlandı
Ən çox zərərçəkənlər kişilərdir
DSK sədri belə deyir
26,4 faiz, yaxud ...
Meşə təsərrüfatının illik statistikası açıqlandı
Rəsmi statistika yayıldı
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
Azərbaycana gələn əcnəbilərin maraqlı statistikası
2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlakçılara 15,1 mlrd. manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılıb.
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılıb.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.