
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
Çovdarov: «... amma fikirləşdim ki, ...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
İqtisadçı Azər Mehtiyev hesab edir ki, Eldar Mahmudov-Akif Çovdarov qruplaşmasının cinayətkar fəaliyyətindən ölkə iqtisadiyyatına nə qədər zərər dəydiyinin həcmini heç olmasa təxmini müəyyən etmək lazımdır.
Ekspert virtualaz.org-a bildirib ki, zərər həm birbaşa, həm də dolayısı ilə bütün iqtisadiyyata vurulub, amma əsas zərbə özəl sektora endirilib: «Buna görə maliyyə itkilərinin və mənəvi zərərin ölçülərinin təyini MTN generallarının genişmiqyaslı iqtisadi cinayətlərinin zərərli nəticələrini aradan qaldırmağa imkan verərdi».
Ekspert vurğulayıb ki, onların əlindən bir çox sahibkarlar öz bizneslərini bağlamaq və ya xaricə köçürmək məcburiyyətində qalıblar. Nəticədə ölkə potensial xarici investisiyalarını müəyyən dərəcədə itirib: «Hesablamaq lazımdır ki, ölkədə sahibkarlığın, sözün həqiqi mənasında, boğulması nəticəsində dövlət büdcəsi nə qədər gəlir itirib və təxminən nə qədər iş yerləri azalıb».
A.Mehtiyev deyir ki, düzdür, hökumət özəl sektorun inkişafı ilə bağlı müxtəlif proqramlar reallaşdırır, amma zərərin analizi iqtisadiyyatın ən çox zərər çəkmiş sferalarının daha sürətlə bərpasını təmin etməyə kömək edərdi.
Ekspertin fikrincə, gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması üçün dövlət məmurlarının bizneslə məşğul olma imkanları tamamilə əllərindən alınmalıdır: «Özü də həmin biznesin kimin- bilavasitə məmurun və ya qurama şəxsin adına rəsmiləşdirilməsindən asılı olmayaraq».