Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
07:56 | 26 yanvar 2017 | Cümə axşamı
Məqaləyə 1952 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Gürcüstan, Ermənistan və Azərbaycanın formalaşdırdığı Cənubi Qafqaz regionu 17 milyon sakini, Xəzər və Qara dənizə çıxışı və zəngin xammal ehtiyatları ilə dünyanın diqqət mərkəzində olan məkandır. Separatizm səbəbindən Azərbaycan və Ermənistan arasında yaşanan münaqişə, Gürcüstanı çalxalayan separatizm bəlası zaman-zaman səslənən Cənubi Qafqaz birliyi ideyasının gerçəkləşməsini mümkünsüz edir.
Halbuki sabitlik və mehriban qonşuluq şəraitində həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistan regional və qlobal təhlükələrə daha adekvat cavab verə bilər, daha yüksək iqtisadi artım göstəriciləri nümayiş etdirə bilərdi. Bu həm də İran, Rusiya və Türkiyə kimi nəhəng dövlətlərin əhatəsində olan respublikalara xarici təsirlərdən müəyyən qədər müdafiə olunmağa yardımçı olardı. Qafqaz respublikalarının bir-biri ilə əməkdaşlığı bir neçə əsr boyu davam edən qonşuluq münasibətlərinin üzərində möhkəmlənə bilərdi.
Bu mənada ortaq enerji layihələri, açıq sərhədlər Cənubi Qafqaz respublikalarının ticarət dövriyyəsinin artmasında müsbət təsir göstərə bilərdi. Bütün tərəflərə divident gətirən bu addım işğalçı siyasətinə görə bütün regional layihələrdən kənara qalan Ermənistanın blokadadan çıxmasına, Gürcüstanın dayanıqlı inkişaf yoluna qədəm qoymasına və Azərbaycanın Avropaya daşıyacağı enerji layihələrinin marşrutlarını diversifikasiya etməyə şərait yaradacaq.
İstər Çini Avropa Birliyi, istərsə də Rusiyanı İran və körfəz ölkələri ilə birləşdirmək üçün əlverişli coğrafi mövqeyə malik region vahid platformada bu layihələrdə iştirak edə və böyük maliyyə gəlirləri əldə edə bilər. Lakin bunun baş verməsi üçün regional konfliktlərin həlli, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü təmin olunması mütləqdir. Cənubi Qafqaz regionunda sabitliyin olması isə heç də hamının xoşuna gələn perspektiv deyil. Regionda pozucu, dağıdıcı və təxribatçı fəaliyyət göstərən qüvvələr məhz etnik zəmində gərginliyin saxlanılmasına və bağlı sərhədlərin gələcəkdə də bağlı qalmasına maraq göstərir. Yalnız bu yolla vahid mövqedən çıxış etməyən Qafqaz dövlətlərini nəzarətdə saxlamaq mümkün olacaq.
Cənubi Qafqazın tarixi ilə bağlı maraqlı məqamlardan biri 1918-ci ildə baş vermişdi. 1918-cic il aprelin 22-də Zaqafqaziya Seymi Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Federativ Respublikasını elan etmişdi. 186 min kvadrat kilometr ərazini əhatə edən bu dövlət 1 ay mövcud olmasına baxmayaraq hər 3 xalqın dövlətçiliyinin bünövrəsində durur.
Müasir günümüzdə belə bir dövlətin qurulması gərəksiz və qeyri-real olsa da, Bakı, Tbilisi və Yerevanın əməkdaşlığı hər 3 xalqa çoxdan arzuladığı sülh və əmin-amanlığı gətirə bilər.