
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
Çovdarov: «... amma fikirləşdim ki, ...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
Ötən ilin dekabr ayında büdcənin xərcləmələri aylıq orta göstəricidən 2,6 dəfəyədək çox olub. Milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol xəritəsində göstərilir ki, fiskal idarəetmə ilə bağlı digər diqqət çəkən məqam dövlət büdcəsinin icrasında aylar üzrə müəyyən qeyri–mütənasibliyin mövcudluğudur. Bir çox illərdə dövlət büdcəsinin dekabr ayında icrası digər aylarla müqayisədə əhəmiyyətli səviyyədə çox olur ki, bu da öz növbəsində iqtisadiyyatda müəyyən natarazlıqlar formalaşdırır.
Xatırladım ki, belə qeyri-bərabər proporsionallıq 2010-cu ildən mənim diqqətimi çəkməyə başlayıb. Hələ o zaman apardığım hesablamalara görə, 2010-cu ildə 11.8 milyard manatlıq büdcənin demək olar ki, 30 faizi, yəni 3,3 milyard manatı yalnız dekabr ayında xərclənmişdi. Təkrar hesablamalar göstərir ki, son 6 ildə hər ilin dekabr ayında orta göstəricidən iki-üç dəfə çox vəsait xərclənməsi tendensiyası davam edib. Bu isə haqlı olaraq büdcə vəsaitlərinin ilin sonunda xərclənməsi deyil, «silinməsi» təsəvvürünü yaradır və eyni zamanda bu büdcə vəsaitlərindən səmərəsiz istifadənin təzahürüdür.
Odur ki, büdcənin ötən ilki rəqəmləri əsasında apardığımız hesablamalar göstərir ki, islahat ili» kimi təqdim olunan ötən il ərzində yenə də həmin neqativ tendensiya davam edib. Hökumət büdcənin azalmasına baxmayaraq israfçılıqdan yenə də əl çəkməyib. Bunu Azərbaycan Mərkəzi Bankının və Dövlət Statistika Komitəsinin aylar üzrə büdcə bölgüsünə dair məlumatlarına əsasən demək olar.
Daha aydın mənzərə üçün aşağıdakı cədvələ nəzər yetirək. Cədvəldən göründüyü kimi, 2016-cı ildə dekabr ayında xərclər ötən ilin aylar üzrə orta göstəricindən 1478,5 mln manatdan ilə müqayisədə 2,6 dəfə çox olub. Aylar üzrə orta bölgü 7-8 faiz olduğu halda, büdcənin 21,5 faizə yaxını yalnız ötən ilin sonunda 1 ayda- dekabrda «silinib».