
Hər yüz uşaqdan biri
Hamiləlikdə keçirilən qrip körpənin ürəyinə təsir edir
Hamiləlikdə keçirilən qrip körpənin ürəyinə təsir edir
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Milyonçu maliyyəçiyə “işgəncə otağı” ittihamı
Cənubi Koreyada Çoi Mal-ja bəraət aldı
Almaniyada menstruasiya icazəsi müzakirəsi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Robot analar insan körpələri dünyaya gətirəcək
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Başqa qadınla yazışdığı üçün ...
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Rusiya parlamenti ilk dəfə qeydə alınan ailə zorakılığı halını Cinayət Məcəlləsindən kənar edən qanun layihəsini təsdiqləyib.
Qanuna görə, cinayət məcəlləsinin «Yaxın şəxslərə qarşı...» cümlə ilə başlayan 116-cı maddəsindən «döyümək» sözü çıxarılır və beləliklə qohumu döymək cinayət məsuliyyəti hesab edilmir. Hazırda Rusiyada mövcud qanunvericiliyə əsasən, şəxsin ailədən kənarda döyülməsi inzibati qanun pozuntusu sayılır, ailə daxilində isə cinayət kimi təsnif edilir.
Hakim Vahid Rusiya Partiyasının nümayəndəsi Andrey İsayev deyir ki, söhbət ailə zorakılığına icazə verilməsindən getmir.
«Şəxsə qarşı istənilən, hətta onun səhhətinə ən yüngül zərər yetirən zorakılıq üçün cinayət məsuliyyəti qüvvədə qalır. Söhbət yüngül sillə-şapalaqdan gedir. Amma bu halda da heç kəs bərəkallah deməyi təklif etmir. Məsələn, uşağını tək böyüdən ana iki iş yerindən yorğun evə qayıdıb oğlunun dolabçasında narkotik aşkar edib ona bir şapalaq ilişdirsə, hazırda qüvvədə olan qanuna görə cinayətkara çevrilir», - millət vəkili qanuna ehtiyac olduğunu izah edib.
İctimai Rəyin Araşdırılması üzrə Ümumrusiya Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğusuna əsasən rusiyalıların əksəriyyəti fiziki zorakılığı pisləyir, lakin döymək üçün cəzanı yumşaltmaq təklifini dəstəkləyirlər.
Sorğuda iştirak edənlərin 59 faizi bu hərəkətin inzibati cinayət kimi təsnif edilməsi lehinə çıxış edib.
Eyni zamanda, rusiyalıların 70 faizinin döymək kimi zorakılığa qarşı olmasına baxmayaraq, 19 faizi ailədə arvada, uşağa və ərə qarşı fiziki güc tətbiq edilməsinə icazə əleyhinə deyil.