Bəşər Əsədin növbəti soyqırımı
Rejimi on minlərlə cəsədi səhraya daşıyıb
14:05 | 1 fevral 2017 | Çərşənbə
Məqaləyə 959 dəfə baxılıb
Şriftin ölçüsü
Rejimi on minlərlə cəsədi səhraya daşıyıb
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
İraq kəşfiyyatı Şara ilə masada
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Yaxud Yayın istisində qaynayan region
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
Artıq neçə gündür ki, Suriya diktatoru Bəşər Əsədin səhhətinin kritik olduğu, onun insult keçirtdiyi və xəstəxanada koma vəziyyətində olduğu haqda xarici KİV-lərdə xəbərlər yayılmaqdadır. Virtualaz.org qeyd edir ki, versiyalardan birinə görə Əsəd insult keçirib, digər məlumata görə mühafizəçilərindən biri ona sui-qəsd edib və diktator iflic olub.
Ərəbdilli jurnalist Visamel Hurrə Bəşər Əsədin olduğu güman edilən Şam hospitalına zəng vurub və özünü prezident administrasiyasının əməkdaşı kimi təqdim edərək «prezidentin səhhəti barədə heç bir informasiya verməməyi» tapşırıb:
- Alo, salam!
- Sizi eşidirəm!
- Mən prezident administrasiyasından zəng edirəm, prezidentin səhhəti barədə danışmaq qadağandır. Heç bir informasiya verilməyəcək.
- Oldu, amma bütün həkimlər bilir ki, xəstəni bura gətiriblər.
- Siz prezidentin barəsində heç bir informasiya verməyəcəksiniz, elədir? Bu, məxfidir.
- Oldu.
- Əgər kimsə telefonla prezidentin səhhəti barədə informasiya almaq istəsə siz imtina edin.
- Oldu, razılaşdıq.
- Mən direktorla, məsul həkimlə danışmaq istərdim.
- Sizi başa düşdüm, mən özüm onlara çatdıraram.
- Bir daha təkrar edirəm: heç kimə prezident haqqında informasiya verməyin. Məni başa düşdün?
- Aydındır, başa düşdüm.
- Sizin adınız nədir?
- Qəbul şöbəsindən Həsən.
- Mən Mala Kaliyəm, Həsən. Sizinlə prezident sarayından danışıram. Bizim danışıqlarımız qeydə alınır. Çox xahiş edirəm heç bir məlumat verməyin ki, prezident xəstəxanadadır.
- Başa düşdüm.
- Təşəkkür edirəm.
- Sağ olun.
Suriyanın rəsmi SANA agentliyi artıq bir həftədir ki, Bəşər Əsədin görüntülərini yaymır. Bu, görünməmiş haldır, çünki rəsmi KİV-lər hər gün Bəşər Əsədin görüşləri barədə nələrsə yayırdı. Bəzi məlumatlara görə Bəşər Əsəd insult keçirtdikdən sonra onu Beyrut xəstəxanasına aparıblar, orada vəziyyəti stabilləşib və geri qaytarıblar. Bəşər Əsədin himayəçisi Rusiya isə onun səhhəti barədə dolaşan şayiələrə şərh vermir.