
“Davud dəhlizi” uğrunda mübarizə
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
İraqdakı PUA hücum ilə körfəzdəki qaçaqmalçılıq arasında bağlantı varmı?
Bərzanilər və Təlabanilər arasında rəqabət meydanı
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
Hava limanı vuruldu
İsrail və Suriya arasında təmas
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Suriyanın diktator prezidentinin əmisi oğlu axtarışda idi
2016-cı il oktyabrın 17-si bütün dünyanın diqqəti İraqın ən böyük ikinci şəhəri Mosula doğru yönəlmişdi. Həmin gün şəhərin İŞİD işğalından azad olunması üçün başlanılacaq əməliyyata start verilmişdi. Milyon yarımlıq şəhərin azad olunması üçün İraq ordusu, kürd peşmərgələri, şiə qruplaşmaları və NATO aviasiyasının dəstəyi ilə 50 minlik hərbi güc cəmləşmişdi. Bəzi məlumatlara görə, Mosulun müdafiəsi üçün 12 minə qədər İŞİD üzvü cəlb olunmuşdu. Əməliyyatın başlandığı 17 oktyabr tarixindən 4 aya yaxın müddət keçsə də, Mosulda döyüşlər hələ də davam edir. Doğrudur, şəhərin Dəclə çayının sol sahilində yerləşən məhəllələri azad olunsa da, qarşıda hələ çox döyüşlərin olacağı gözlənilir. Bu məqamda bir çox Qərb ekspertlərinin dediyi İŞİD fenomeni bir daha öz təsdiqini tapır. 4 cəbhədə dünyanın ən qüdrətli ordularına qarşı savaş açan qruplaşma qüvvə azlığına baxmayaraq inadkar müqavimət göstərir.
Məhz bu inadkarlığın sayəsində İŞİD radikal dini ekstremizm tarixində ilk dəfə geniş ərazilər ələ keçirdi (Əl-Qaidə bunu edə bilməmişdi) və xilafət yaratdı. Azsaylı qüvvələrlə (1200 nəfər) İŞİD 2014-cü ildə İraqın ən böyük ikinci şəhəri Mosulu ələ keçirdi. Maraqlıdır ki, 30 mindən artıq iraqlı hərbçi döyüşsüz şəhəri radikallara təslim etmişdilər. Qənimət kimi 2300-dən artıq ən müasir hərbi texnika, «Qrad» sistemləri, ABŞ istehsalı olan döyüş helikopertlərini əlinə keçirmişdi. Sonradan Bağdadın ətraf məhəllələrinə qədər irəliləyən İŞİD-çilər ən müasir texnikaya malik İraq ordusunu pərən-pərən salmışdı. Radikalların tətbiq etdiyi yeni küçə döyüşü taktikası, aralarında İraq ordusunun bir çox peşəkar zabitinin olması da az qüvvələrə geniş əraziləri ələ keçirməyə imkan verirdi.
Düzdür, İŞİD son 6 ay ərzində istər İraq, istərsə də Suriyada geniş ərazilər itirmiş olsa da, öz döyüş potensialını qoruya bilib. Təsadüfi deyil ki, avqustun 23-dən Suriya ərazisinə müdaxilə edən türk ordusu 2 aydan çoxdur ki, savaşdığı kiçik Əl-Bab şəhərini bu günə qədər ələ keçirə bilmir. Digər cəbhələrə gəldikdə isə, Əsəd qüvvələri hələ də Palmira şəhərini geri ala yaxud Deyr Əz-Zor şəhərindəki qoşunlarını 3 illik blokadadan çıxara bilmir. İraq cəbhəsində isə Mosul hələ ki, çoxsaylı ərəb-kürd qüvvələri üçün əlçatmazdır.
Təbii ki, İŞİD-in hərbi potensialı tükənməz deyil və əvvəlki vaxtlarda olduğu kimi qruplaşmaya dünyanın müxtəlif yerlərindən qoşulan insanların sayı bu günlə eyni deyil. Həm də müttəfiqlər çətinliklə olsa da, irəliləməkdə davam edir. Artıq yazda qruplaşmanın əsas şəhəri Rakka kürd-ərəb birliklərinin və ABŞ aviasiyasının köməyi ilə mühasirəyə alınacaq. Qruplaşmanı tərk edənlərin sayının son vaxtlar kəskin artması da, İŞİD-də ciddi daxili böhranın olduğunu və hər kəsin batan gəmidən xilas olmağa çalışdığını əyani şəkildə göstərir. İlk illərdəki nikbinlik və ruh yüksəkliyi yerini bədbinliyə və ruh düşkünlüyünə verib. Bu səbəbdən Avropa və digər ölkələrə qayıdan keçmiş ekstremistlər vətəndaşı olduqları ölkələrə ciddi təhlükə törədə bilər.
2017-ci ilin İŞİD üçün son il olacağını demək inandırıcı olmasa da, yəqin ki, yaxın illərdə xilafət qurmaq planları alt-üst olmuş qruplaşma öz ağırlıq mərkəzini Yaxın Şərqdən Liviya yaxud Əfqanıstana köçürəcək. Təsadüfi deyil ki, bu iki ölkədə, həmçinin, Yəməndə İŞİD-in mövqeləri son aylarda xeyli möhkəmlənib. Digər yerli qruplaşmaları sıxışdıran İŞİD bu ölkələrdə möhkəmlənərək və sivil dünyaya terror saçaraq yenidən ən ümdə arzusu olan xilafət qurmağa doğru addımlayacaq.