... Aİ, yoxsa Aİİ?
Ermənistanda qutudan kim çıxacaq ...
22:42 | 8 mart 2017 | Çərşənbə
Məqaləyə 2728 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Aprelin 2-də Ermənistanda parlament seçkiləri baş tutacaq. Seçkilərin önəmi ölkənin ötən il dekabrın 6-da yeni konstitusiya qəbul etdikdən sonra parlament respublikasına keçməsi ilə bağlıdır. Yəni seçkilərdə qalib gələn siyasi partiya geniş səlahiyyətlərə malik olacaq və faktiki olaraq yaxın 5 il ərzində ölkənin gündəmini müəyyən edəcək.
Seçkiqabağı təbliğat kampaniyası çərçivəsində düşmən ölkənin siyasi gücləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz mövqelərini açıqlayıb.
Modern.az həmin seçki vədlərini təqdim edir.
Ermənistan Milli Konqresi
Milli Konqres Ermənistanın blokadadan çıxması və qonşu ölkələrlə sülh şəraitində yaşaması üçün qarşılıqlı güzəşt proqramı təklif edir.
«Yalnız Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə ölkəmiz iqtisadi inkişafa və miqrasiyanın dayanmasına nail ola bilər. Bu həm də təmas xəttində yüzlərlə insanın ölümünə son qoyacaq, Ümumi Daxili Məhsulun 4-5 faizinin hərbi xərclərə ayrılmasının qarşısını alacaq. Yalnız sülh Ermənistanda siyasi və iqtisadi sistemin sabitliyinə səbəb ola bilər».
«Oskanyan-Ovanesyan-Ohanyan» bloku
Keçmiş xarici işlər nazirləri Raffi Ovanesyan, Vardan Oskanyan və keçmiş müdafiə naziri Seyran Ohanyan münaqişənin həlli üçün hərbi balansın saxlanılmasını vacib sayırlar.
«Həm ermənilər, həm də azərbaycanlılar bir-biri ilə qonşuluqda yaşamağa məhkumdur. İlk növbədə regionda güc balanı qorunmalıdır ki, balansın pozulması fəlakətli nəticələrə yol aça bilər. Tərəflər arasında xalq diplomatiyasını dəstəkləmək lazımdır. Qarşılıqlı etimad olmadan Qarabağ münaqişəsinin həlli mümkünsüzdür».
Ermənistan Respublika Partiyası
İqtidardakı hakim partiya münaqişənin həlli üçün Dağlıq Qarabağın yekun statusunun yerli sakinlərin iradəsi ilə müəyyən olunması üzərində dayanır. Bundan başqa, ölkənin silahlanmaqda davam edəcəyini bəyan edir.
«Münaqişənin sülh yolu ilə həllinə çatmalıyıq. Paralel olaraq, ölkənin müdafiə qabiliyyətini artıracayıq. Bununla yanaşı, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakı üçün səyləri davam etdirməliyik».
«Tsarukyan» bloku
«Çiçəklənən Ermənistan» partiyasının başçılıq etdiyi siyasi blok da münaqişənin kompromislər yolu ilə həllinə tərəfdardır.
«Qarabağ münaqişəsi istisnasız olaraq, sülh yolu ilə həll olunmalı, qarşılıqlı kompromislər və konsensus olmalıdır».
«Azad demokratlar» bloku
Bu siyasi blok isə Dağlıq Qarabağ münaqişəsinin həllində radikal təkliflər verir. «Azad demokratlar» hərbi xərclərin artırılmasını, Qarabağdakı separatçı rejimin tanınmasını təklif edir.
«Yelk» bloku
«Yelk» ilk növbədə Azərbaycanla hərbi balansın bərpasına tərəfdardır.
«İlk növbədə hərbi balans bərpa olunmalıdır. Eyni zamanda, sülh müqaviləsi Qarabağda mütləq şəkildə bölgədə referendumun keçirilməsini tələb edir. Digər tərəfdən, Avrasiya İttifaqına üzvlüyümüz münaqişənin həllinə heç bir fayda vermir».
«Daşnaksütyun» partiyası
Radikal «Daşnaksütyun» partiyası isə öz millətçi proqramı ilə seçilir. Partiya Qarabağın dərhal Ermənistana birləşdirilməsini tələb edir.
«Qarabağ mütləq Ermənistana birləşməlidir. Qarabağın dünya tərəfindən tanınması bu prosesdə ilk mərhələ olmalıdır. Danışıqlarda heç bir halda təktərəfli güzəştlərə getmək olmaz».