
Seçilmiş əsərlərimə son söz
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
«Mətbuatda hökumətin hesabatı barədə ürəkbulandıran məlumatlar yayıldı. Dedilər ki, guya, bu, Baş nazirin sonuncu hesabatıdır və o istefaya gedəcək». Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Yevda Abramov deyib.
«Xalq prezidenti, Baş naziri, Milli Məclisin sədrini sevir. Buna görə də, Baş nazirlə bağlı yayılan məlumatlar düzgün deyil», - deyə o, bildirib.
Yevda Abramov xatırladıb ki, İsraildə «buldozer» ləqəbli baş nazir (Ariel Şaron-red.) var idi:
«Allah ona qəni-qəni rəhmət eləsin. Artur müəllim onun torpağı sanı yaşasın».
Deputat bununla bildirib ki, hökumətin 2016-cı ilin fəaliyyətinə dair hesabatı daha yaxşı hazırlana bilərdi.
«Mən yenə də başıbatmış xarici valyuta ilə bağlı danışacağam. Bu yaxınlarda Qubaya getmişdim. Orada dollar alveri edənlər var idi. Yalandan dedim ki, 1000 dollarım var, dedi ki, 1 manat 70 qəpikdən ala bilər. Amma satışı çox baha idi. Görün nə qədər fərq var?
Samir müəllim, Elman müəllim, biz başa düşməliyik ki, maliyyə problemləri var. Alışla satış arasında kəskin fərq var. Biz bununla xalqın belini qırırıq. Bütün bunlara son qoymaq lazımdır. Bir qədər əvvəl hüquq-mühafizə orqanları dollar satanları tutdular. Nə dəyişdi? Heç nə! Mən bunları deməliyəm, problemlər həll olunmasa, gələcək hesabatlar daha da pis olar!», - deyə Y.Abramov bildirib.
Yevda Abramov rayonlarda da infrastrukturun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:
«Bakıda «Sovetski» sökülür, yerində nəsə tikilir. Bəs rayonlarda kim tikəcək?»
Yevda Abramov bəzi deputatları da tənqid edib: «Durub bəzi deputatlar mətbuata deyir ki, Azərbaycanda 6 vitse-prezident olacaq. Bəziləri də deyir ki, vitse-prezidentlərin sayı 2 olacaq. Haradan bilirsiniz? Bununla bizim kadrları vurmaq istəyirsiniz?»
Parlament üzvü xatırladıb ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiya mediasında çıxışlar edir.
«Amma mən görmədim ki, bizdə maliyyə «tri-o»larından kimsə çıxıb çıxış etsin».
Milli Məclis sədri Oqtay Əsədov Yevda Abramovun deputatlarla bağlı fikrinə münasibətində bildirib ki, bəzi deputatlar az qala münəccimlik edir.