
“Çinin açılma vaxtıdır”
Tramp: “Pekini məcbur edəcəyik”
Tramp: “Pekini məcbur edəcəyik”
ABŞ prezidenti körfəz ölkələrinin sərmayəsinə göz dikib
“Dünən Ərdoğan, bu gün digər hörmətli dostları eyni tələblə çıxış etdi”
Trampdan Türkiyə səfəri ilə bağlı yeni açıqlama
ABŞ prezidenti xüsusi ədviyyatlı Səudiyyə qəhvəsini içməkdən imtina edib
Qətərin Trampa bağışladığı 400 milyon dollarlıq “Boeing” təhlükəsizlik böhranına səbəb olub
Pentaqon “Chinook” helikopterlərinin və “F-16” hissələrinin satışını təsdiqlədi
ABŞ prezidenti səhər saatlarında Ər-Riyada gəlib
Tramp: “Suriyaya qarşı sanksiyaları ləğv etməyi düşünürük”
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
Skulpturun 2,75 metrlik tunc variantının hazırlanması da planlaşdırılır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Donald Tramp və Angela Merkel arasında baş tutan görüş ictimaiyyətin diqqətini özünə cəlb edib. Bu görüşlə bağlı Almaniyanın «Die Zelt» qəzetinin analitik bölməsi geniş təhlil yazısı yazıb.
Modern.az yazının mətnini təqdim edir.
«Keçən əsrdən başlayaraq bütün ABŞ prezidentləri müharibə aparıb. Çətin ki, Tramp bu məsələdə istisna təşkil etsin. Əskinə, prezidentliyinin əvvəllərindən başlayaraq Tramp özünü ABŞ-ı qələbələrə aparacaq rəhbər kimi təqdim etdi. 2 həftə öncə Tramp ABŞ-ın yenidən dünyanın hegemonu olacağını dedi: «Mən hələ kollecdə oxuyarkən hamı ABŞ-ın heç bir müharibədə məğlub olmadığını deyirdi. Amma artıq biz o, müharibələri udmuruq. Biz müharibələri udmalıyıq».
«Amma Trampın özü sələflərinin Yaxın Şərqdə uduzulan hərbi kampaniyalarını uyğun məqamlarda tənqid etmirdi mi? Onun yeni müharibə çağırışı nə deməkdir?» – deyə jurnalist sual verir.
«Bu həftə Tramp öz hərbi ambisiyalarını büdcə vəsaitlərinin bölüşdürülməsi zamanı ortaya qoydu. Hərbi xərclər 10 faiz artırılmalıdır. Bu vəsait yeni tankların, aviadaşıyıcıların və nüvə bombalarının hazırlanmasına sərf olunacaq Eyni zamanda, beynəlxalq təşkilatların, diplomatların, iqlim müdafiəçilərinin və inkişaf proqramlarına nəzərdə tutulan xərclər 40 faiz azaldılacaq», – deyə məqalədə deyilir.
Cümə günü Almaniya kansleri və ABŞ prezidenti Donald Tramp görüşdü. «İki lider transatlantik münasibətləri yoluna qoymağa çalışırdı. Xüsusən, federal hökumətin Almaniyanın hərbi xərclərini artırması Trampın NATO-nun ünvanına bir neçə xoş söz deməsi ilə nəticələndi. Tramp üçün döyüşləri udacaq ordudan söhbət gedir. Ən bahalı silahlar ölkənin hərbi prestijinin yüksəlməsinə xidmət edir. Güc hakimiyyət, hakimiyyət isə qələbə deməkdir. Əksər generallar həll olunmamış siyasi münaqişələrin həllini yalnız güc yolu ilə müdaxilədə görürlər».
Hərbi münaqişələrin mahiyyəti də dəyişib. Əvvəllər müharibə iki ölkə arasında gedirdisə, indi xüsusi əməliyyatlar, dronlar köməyi ilə dəqiq zərbələr və s. fazalardan ibarət olub. Amma Tramp da bir məsələdə yanılır. O, kollecdə oxuduğu zaman Vyetnamda müharibə gedirdi və sonda kapitulasiya etməyən vyetnamlı partizanların yerinə ABŞ qoşunları döyüş meydanını tərk etdilər».
«Assimetrik müharibə dünya güclərinin kiçik dövlətlərə məğlub olduğu bir çox nümunələrlə zəngindir. ABŞ bu təcrübəni Əfqanıstanda, ABŞ isə 2003-cü ildə İraqda almışdı. Yeni formasiyalı müharibələr rəqibi yormağa yönəlib. Suriya müharibəsi İkinci Dünya Müharibəsi davam etdiyi qədər gedir, Əfqanıstan müharibəsi isə daha çox davam edir. Bu konfliktləri hərbi yolla həll etmək mümkün deyil».
Müəllif sonda Henri Kissincerin məşhur sözünü xatırladır.
«Partizanlar məğlub olduqları zaman qalib gəlirlər, ordular isə qalib gəlməyən zaman məğlub olurlar. Trampın qalib gəlmək sözləri 3 konfliktdə özünü göstərə bilər. Bu Şimali Koreyanın nüvə proqramı, İŞİD-lə müharibə və İrandır.