
Bakı-Dəməşq dialoqu
Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər
Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər
İsrailin Suriyadakı maraqları iki istinada söykənir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Vaşinqton Suriyada dürzilərə qarşı zorakılığı pisləyir
Dürzilər yeni administrasiyaya məzhəbçilik və separatizm təhlükəsi barədə xəbərdarlıq edir
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
Təşkilat evlərinə qayıdan suriyalıların sayını açıqladı
Dürzilər haqda nə bilirik?
Basqınlar zamanı ailələrin evlərindən zorla atıldığı iddia edilir
Əsəd dövründə postlarını tərk etmiş keçmiş diplomatlara yeni hökumətdən çağırış
Suriya hər bir regional oyunçunu tarazlaşdırmaq istəyir
“Ekstremistləri məhv etmək, fələstinli qrupları qovmaq”
“Sığınacaq müraciəti rədd edilən heç kim Almaniyada daimi qala bilməz”
Suriyada kimyəvi silah xəbərdarlığı
Türkiyənin Suriyanın parçalanmasını istəmir
Suriyada Türkiyənin ən azı 2 hərbi kontingenti olacaq
Dəməşqin şərq kənarında Suriya təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında şiddətli toqquşmalar baş verib. Üsyançıların gözlənilməz hücumunun bir hissəsi olaraq paytaxtın mərkəzinə artilleriya mərmiləri və raketlər atılıb.
Hücum bazar günü erkən saatlarda maşın bombaları və intihar hücumları ilə başlayıb, fəallar bildirib. Dövlət mətbuatının məlumatına görə, gizli tunellərdən də istifadə edilib.
Suriya hərbiyyəsi deyib ki, onlar üsyançıları geri çəkilməyə məcbur edə biliblər.
Hökumət hərbi təyyarələri üsyançıların mövqelərinə 30-dan çox hava zərbəsi endirib, Böyük Britaniyada mənzillənmiş İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu bildirib.
Dəməşqin yalnız bir neçə ərazisi müxalifətin nəzarətindədir.
Dəməşqdəki AFP müxbirlərinin sözlərinə görə, şəhərin müxtəlif yerlərində baş verən partlayışların fonunda ordu strateji əhəmiyyətli Abbasilər Meydanına gedən marşrutları bağlayıb.
Monitorinq qrupu deyib ki, üsyançılar hökumət qüvvələrinin Barzeh, Tishreen və Qabun rayonlarında döyüşçülərə qarşı təzyiqini azaltmaq üçün hücuma başlayıb.
Ötən çərşənbə günü Dəməşqin mərkəzində əsas məhkəmə kompleksində intiharçı bomba hücumu nəticəsində azı 31 nəfər həlak olub.
Sonra daha bir intiharçı hücumçu Rabvehin qərb rayonunda restorana hücum edib və nəticədə 20-dən çox adam yaralanıb.
Hücumlar Suriya prezidenti Bəşər Əsədə qarşı üsyanın altıncı ildönümünda baş verib.