
“Makron rus əsgərinin çəkmələrini boyayacaq”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
“Təbiət müttəfiqdir, biz onu istifadə etmək istəyirik”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Fransadan Rusiyaya qınama
Partlayış baş verdi, itki yoxdur
Avropa ölkəsi ABŞAvropa ölkəsi ABŞ ilə 3,8 milyardlıq müqavilə imzaladı ilə 3,8 milyardlıq müqavilə imzaladı
Polşada kəşfiyyat müharibəsi böyüyür
Ölkədə minlərlə gənc 27 günlük hərbi hazırlıqdan keçir, hədəf hər il 100 min ehtiyat əsgər
Gənclərin neft obyektindəki yanğın fonunda çəkilişi Rusiya hökumətini əsəbləşdirib
Rusiyanın hava strategiyasında ucuz terror doktrinası
Almaniya-Polşa nəzarət məntəqəsində böyük miqrant gərginliyi
Cənubi Koreya ilə Polşanı meqa tank müqaviləsi imzaladı
“Şərq qalxanı” müdafiə xəttindəki yeni dəhliz “güc nümayişi”dir
Polşada keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib
Hər iki namizəd Polşa seçkilərində qələbə qazandıqlarını bəyan ediblər
Belarusda hakimiyyətə qarşı təxribat hazırlayan onlarla silahlı şəxs saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko Mogilyovda «Kronospan» müəssisəsinin əmək kollektivi ilə görüşdə bildirib.
Lukaşenko deyib ki, xaricdə olan belaruslu vətənpərvərlər hüquq-mühafizə orqanlarını təxribat planı haqda əvvəlcədən məlumatlandırandan sonra əks tədbirlər görülüb. Prezidentin sözlərinə görə, Belarusun xaricdəki səfirliyinə gələn bir qadın yazılı məktub təqdim edib. Məktubda Belarusda təxribat hazırlandığı barədə xəbərdarlıq qeyd edilib.
«Biz də araşdırmağa başladıq və çox maraqlı şeylər üzə çıxdı»,- deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, təxribatçılar tutulduğundan, artıq detallı şəkildə araşdırma aparılacaq ki, bu işə pul haradan gəlib, kim hazırlıqla məşğul olub, hansı ölkələrdən müvafiq adamlar plana qoşulublar və s.
Lukaşenko təxribatçıların xüsusi düşərgədə hazırlandığını qeyd edib. O, bu düşərgələrin həm Belarusda, Ukraynada, eyni zamanda Polşa və Litvada yerləşdiyini istisna etməyib.
Lukaşenkonun sözlərinə görə, təxribat üçün ayrılan pullar Litva və Polşa vasitəsilə Belarusa gətirilib.
Prezident onu da vurğulayıb ki, Belarus istənilən təxribata qarşı mübarizəyə həmişə hazırdı. O, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.