Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
16:14 | 1 aprel 2017 | Şənbə
Məqaləyə 1558 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransa prezidentliyinə «Respublikaçılar» partiyasının namizədi Fransua Fiyon reytinqin liderləri Emmanuel Makron və Marin Le Pen arasındakı fərqi azaldır. Bu, «BVA-Salesforce» xidmətinin apardığı ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.
Həftə ərzində Fransua Fiyon mövqeyini iki bənd gücləndirib və seçicilərin 19 faizinin dəstəyini qazanıb. Bununla yanaşı, Fiyonun tərəfdarları arasında ilk turda məhz onun namizədliyinə səs verəcəyini bildirən fransızların sayı da 10 faiz artaraq 79 faizə çatıb. Fiyon son iki həftə ərzində öz mövqeyini ilk dəfədir ki, gücləndirə bilib. Əvvəllər buna saxta iş yerlərinin yaradılması barədə qalmaqal mane olurdu.
Reytinqə əvvəlki kimi «Marşda» hərəkatına başçılıq edən Emmanuel Makron və «Milli Cəbhə» partiyasının namizədi Marin Le Pen liderlik edirlər.
Bununla yanaşı, Le Pen 81 faizinin ona səs verəcəyinə əmin olduğu ən güclü seçici qrupuna malikdir. Makronun bu göstəricisi isə 8 faiz artaraq 63 faizə çatıb.
«Fəth olunmayan Fransa» hərəkatının lideri Jan-Lyuk Melanşona elektoratın dəstəyi 1 faiz artaraq 15 faiz olub. Fransa Sosialist Partiyasının rəsmi namizədi Benua Amonun reytinqi isə dəyişməyərək 11,5 faizdə qalıb.
Tərəfdarlarının 1 faizini itirən «Qalx ayağa, Fransa» hərəkatının lideri Nikola Dyupon-Enyan ilk turda elektoratın yalnız 3 faizinin dəstəyinə ümid edə bilər.
Sorğu martın 29-30-da internet vasitəsi ilə 1418 nəfər arasında aparılıb.
Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.