Türkiyənin güclü geoiqtisadi həmləsi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
17:30 | 1 aprel 2017 | Şənbə
Məqaləyə 2434 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Ankara–İslamabad xətti...
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi
Türkiyənin Suriyada və öz ərazisində genişmiqyaslı antiterror əməliyyatları aparmasından sui-istifadə edən İraq kürdləri Kərkükün «İraq Kürdüstanı»na daxil edilməsi istiqamətində çalışmalarında xeyli irəli gedə bilib.
Düzdür, İraq neftinin əhəmiyyətli hissəsini təşkil edən Kərkük rəsmi Bağdad üçün də mühüm ünvandır. Hətta bundan əvvəl Bağdad bəyan edirdi ki, o, Kərkük neftini kürd administrasiyasının idarəçiliyinə verməyəcək. Ancaq son bir neçə il ərzində hissə-hissə Kərkükün neft yataqlarını ələ keçirən və istehsala başlayan kürd hərbi birləşmələri bu ərazidən çıxarılan nefti ətraf ərazilərə satmağa başladılar, beləliklə, böyük para qazanmaq imkanı olan bölgənin zəbti onlar üçün vazkeçilməz məsələyə çevrildi. Mütəxəssislər hesab edir ki, Kərkükün neft yataqlarındakı neft keyfiyyətinə görə də fərqləndiyi üçün onun üçün alıcılar tapmaq çətin deyil. İraqın və dünyanın ən zəngin neft regionu olan Kərkükdə 10 milyard bareldən çox ehtiyat olduğu bildirilir.
Məhz elə buna görədir ki, Kərkükdə İraq Kürd Regional Rəhbərliyi (IKBY) bayrağının asılması hadisəsini çox gözləmək lazım gəlmədi. Düzdür, Türkiyənin İraqdakı səfiri Fatih Yıldız İraqın Kərkük şəhərində rəsmi binalara vurulması ilə bağlı İraq Nümayəndələr Məclisində görüş keçirib, etirazını bildirib. Bəyan edib ki, Türkiyə İraqın daxili işlərinə hörmət edir, amma bu vəziyyətə səssiz qala bilməz. «İraq konstitusiyasına da zidd olduğu üçün Türkiyə bu məsələni yaxından təqib edəcək»-səfir deyib. Eyni zamanda İraq prezidentinin müavini Nuri Maliki də İraq Kürd Regional Rəhbərliyinin bayrağının təktərəfli təsdiqlə Kərkükdə dövlət binalarına asılmasını «konstitusiyadan kənar hərəkət» adlandırıb və kəskin etirazını bildirib. Ancaq kifayət qədər zəifləmiş İraq hökuməti ölkəyə nəzarət imkanlarını itirdiyi və ölkənin parçalanmış vəziyyətdə olması şəraitində kifayət qədər xarici dəstəyə malik, həmçinin müasir silahlar əldə etmiş kürd silahlılarını durdurmaqda acizdir.
Ölkədə İŞİD terrorunun da geniş yayılması digər məsələləri arxa plana keçirib. Azərbaycan türkləri ilə qan qohumluğu olan türkmənlərin min illərdir yaşadığı tarixi məkanlarından sıxışdırılıb çıxarılması prosesini indi də kürd terrorçuları həyata keçirir. Belə bir durumda Türkiyənin də proseslərə müdaxilə etməkdə gecikməsi, yaxud da müdaxilə etmək istəməməsi narahatlıq doğurur. Beləcə, Kərkükün artıq əldən getdiyi qənaəti formalaşır.
Politoloq Toğrul İsmayıl «Yeni Müsavat»a dedi ki, Kərkükdə türk əhalinin sayı çox deyil. Daha çox kürdlərdir, ərəblər də var: «Amma Kərkükün ətrafındakı bölgələrdə əsasən türkmənlər yaşayır. Təəssüf ki, onlar da parçalanıb, bir qismi sünni, bir qismi şiədir. Bu gün oradakı kürd əsilli, Amerikada təhsil almış vali əslində bilərəkdən bu addımlar atır. Bu addımlar Türkiyə hökuməti ilə Bərzani arasındakı münasibətləri pozmağa yönəlib». Politoloq qeyd etdi ki, Türkiyə uzun illər Kərkük problemini həll etməyə çalışdı. Amma burdakı ən böyük sıxıntı budur ki, Türkiyənin Kərkük məsələsi ilə bağlı sistemli bir siyasəti yoxdur: «90-cı illərdən bəri, yəni şəxsən mən Türkiyədə olduğum illərdə gördüm ki, Türkiyə heç vaxt bu bölgədə güclü ola bilmədi. Bölgəyə göndərilən pulları da oradakı bəzi adamlar mənimsədi, ciddi təşkilatlanma işi aparılmadı. Elə o işi aparanlardan biri Doğramacının qardaşı idi. Heç bir iş görülmədi. Üstəlik də parçalanma oldu».
Ankaranın bundan sonrakı roluna gəldikdə, T.İsmayıl dedi ki, bu hökumət artıq heç nə edə bilməz: «Faktiki olaraq yanlış siyasəti və taktikanı bunlar da davam etdirdilər. Nəticədə Şimali İraq hökumətini Kürd dövləti olaraq tanımağa başladılar, Bərzanini qəbul etdilər. Əsas problem də türklərin ciddi siyasətinin olmamasından irəli gəlir. Üstəlik, Kərkük məsələsi təkcə Türkiyənin deyil, Azərbaycanın və Türkmənistanın da problemidir. Amma oradan da səs gəlmir, elə bil ki, bu problem yoxdur. Sovet dövründə Kərkük məsələsindən yaxşı pul qazananlar var idi, amma indi onlar ortada görünmür».
Politoloq Elçin Mirzəbəyli isə dedi ki, Kərkük Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldiyi gündən itirilib: «Ankara Kərkükü, Talaferi, Mosulu və digər türkmən torpaqlarını ABŞ-ın maraqlarına qurban verib. Türkiyənin hakim partiyasını inandırmışdılar ki, əgər İraqda kürd muxtariyyətinin və daha sonra kürd dövlətinin yaradılmasına göz yumarlarsa, o zaman PKK və digər bu kimi terror qolları ilə bağlı məsələ öz həllini tapacaq. Kürd məsələsi Türkiyədən İraqa, daha sonra isə Suriyaya transfer olunacaq. Hazırda bu ssenarinin reallaşdırılması istiqamətində həyata keçirilən növbəti mərhələnin şahidi oluruq. Amma proseslərin gedişatı hər şeyin nəzərdə tutulduğu kimi getdiyindən xəbər vermir».
E.Mirzəbəyli hesab edir ki, bu prosesdə Türkiyə kənarda qalmayıb, kənarda saxlanılıb: «Reallıq bundan ibarətdir. Şübhəsiz ki, İraq türkmənləri soydaşlarımızdır və bu durum ilk növbədə Azərbaycan türklərinin ürəyini ağrıdır. Amma təəssüf ki, biz özümüzdən kənarda baş verən qlobal geosiyasi proseslərə hər hansı bir formada təsir etmək imkanında deyil. Gurultulu, reallığa uyğun gəlməyən mülahizələr səsləndirmək istəməzdim. Belə məsələlərdə emosiyalar, yaxud sosial şəbəkələrdə enerji çıxarmaq üçün paylaşılan fotoşəkillər, bəzi insanların öz profillərini Türkmən bayrağı ilə bəzəməsi heç bir önəm daşımır. Bütün bunlar bəzi siyasi dairələrin öz simalarını itirməmək üçün tətbiq etdiyi texnologiyalardır. «Ehey Bərzani», yaxud «ey, Tələbani» deməklə iş bitmir. Ona qalarsa, Çörçil Britaniya tarixində ən az danışan siyasətçilərdən olub. «O olmasın bu olsun» filmində məşhur bir mahnı var: «Ey kimsən orda, aç qapını, Aç qapını, gələk səni öldürək...» Allah rəhmət eləsin, Üzeyir bəy mental xüsusiyyətlərimizi əla təsvir edib...»