Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
15:16 | 25 aprel 2017 | Çərşənbə axşamı
Məqaləyə 1681 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
39 yaşlı Emmanuel Makron Fransa prezident seçkilərinin ikinci turunda Le Penə qalib gəldiyi halda ölkə tarixinin ən gənc prezidenti olacaq. Bununla bərabər, fransızların ilk dəfə prezidentdən 24 yaş böyük birinci lediləri olacaq.
Bricit Tronye və Emmanuel Makron münasibətlərini çox ictimailəşdirmirdilər. Amma bir il öncə, Makron öz siyasi hərəkatını yaradanda Bricit ölkənin birinci xanımı ola biləcəyi nəzərə alaraq, mətbuatdan gizlənməyi dayandırdı.
Onlar ilk dəfə Makronun 15 yaşı olanda görüşüblər. Həmin zaman Bricit gələcək siyasətçinin məktəb müəllimi idi. Gənc Emmanuel o vaxt Bricitə «sən nə etsən də, mən səninlə evlənəcəm» demişdi. Bricitin sonradan ailə qurmasına, üç uşaq dünyaya gətirməsinə baxmayaraq, məktəblinin müəllimə dediyi həqiqət oldu.
Makron bu münasibətlər haqqında olan tənqidlərə belə cavab verir: «Dünyanda çox sayda siyasi lider özündən xeyli cavan xanımlarla ailə qurur. Belə hadisələr heç zaman ciddi siyasi müzakirələrə səbəb olmurdusa, bizim münasibət nə üçün milli müzakirə mövzusu olmalıdır?»
Amma, fransızlar da digər millətlər kimi deyil. Onlar öz siyasi liderlərinin şəxsi həyatlarına daha dözümlü yanaşırlar. Məsələn, Sarkozi prezident olduğu müddətdə yoldaşı ilə boşanıb, gənc modellə ailə qurmuşdu. İndiki prezident Olland isə aktrisa ilə münasibətləri ictimailəşəndən sonra, partnyoru ilə ayrılmalı olmuşdu. Fransızlar bu hadisələri normal qarşılamışdılar.
Müşahidəçilər deyirlər ki, Bricit Tronye Makronun siyasi hərəkatının güclənməsində instrumental rol oynayıb. «Güclü kişinin arxasında güclü qadın dayanır» ifadəsini yəqin ki burada deyirlər.