
Alman hökuməti tank işinə girir
KNDS-in dəyərinin təxminən 20 milyard avro olduğunu bildirilir
KNDS-in dəyərinin təxminən 20 milyard avro olduğunu bildirilir
Fransada hərbi xidmət geri qayıdır
Kamera yoldaşının çantasında gizlənərək qaçdı
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Makronun xanımı onun əlini niyə havada qoydu?
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Fransa bələdiyyələrində əməkhaqqı üsyanı
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fransa müxalifətinin lideri siyasi qadağa qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir
Makron cütlüyü arasında daha bir böhran, arvadı ərinə məhəl qoymadı
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Evi basılan yaşlı türk qadını yerlə sürüdülər, gənc qızı isə hovuzda ölümünə döydülər
Avropa şəhərində 26 cərimə yazılarkən 4 avtomobilin hərəkəti qadağan edildi
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
«Milli cəbhə» partiyasının namizədi Marin Le Pen seçkilərdəki rəqibi - «İrəli» hərəkatının namizədi, mərkəzçi Emmanuel Makronu qələbə münasibəti ilə təbrik edib.
Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, Marin Le Pen mitinqdə çıxış edərək təsdiq edib ki, Makrona zəng vurub, onu təbrik edib və dövlət başçısı postunda müvəffəqiyyətlər arzulayıb.
«Mən qalibi təbrik etdim və ölkənin maraqları naminə ona müvəffəqiyyətlər arzuladım», - deyə o vurğulayıb.
Marin Le Pen, həmçinin seçkilərdə ona səs vermiş seçicilərə də təşəkkürünü bildirib.
Le Penin sözlərinə görə, «Milli cəbhə» parlament seçkilərində yenilənməli və yeni siyasi qüvvəyə çevrilməlidir.
***
22:26
Mayın 7-də Fransada prezident seçkilərinin həlledici – ikinci turunda «İrəli» hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,1 faizini əldə edib.
Euronews xəbər verir ki, «Milli cəbhə» partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,9 faizinin səsini qazanıb.
Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı.
***
21:10
Fransada prezident seçkilərinin ikinci turunun saat 17.00-a olan nəticələrinə əsasən, seçicilərin 65,30 faizi səs verib.
Qeyd edək ki, birinci turun həmin saata olan nəticələri 69,42 faiz təşkil edirdi.
Onu da qeyd edək ki, bu saata olan məlumatlara görə, «İrəli» hərəkatının lideri Emmanuel Makron rəqibi, «Milli cəbhə» partiyasının başçısı Marin Le Peni udur. Belə ki, 4 fərqli təşkilatın məlumatına əsasən, o, seçicilərin 60 faizindən səs qazanıb.
Sonda onu da xatırladaq ki, seçkilər Paris vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə saat 22:00-da – ded.) yekunlaşacaq.
***
10:33
Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək.
APA xatırladır ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub.
Səsvermənin nəticələrinə görə ikinci tura 24,01 faiz səs toplayan «İrəli» hərəkatının təsisçisi Emmanuel Makron və 21,3 faiz səs toplayan «Milli Cəbhə» partiyasının lideri Marin Le Pen keçib.