vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
PROBLEM  
22:39 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abutalıbova ayaqyolu ismarıcı

Bakıda yeyib-içmək öz yerində, amma tualet məsələsi çətindir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda restoran, kafe sarıdan korluq çəkdiyini deyənlər varsa da yəqin çox azdır. Yeyib-içmək nə qədər desən, ürəyin istəyən qədər. Amma iş gəlib tualet istəyinə çatanda vəziyyət qəlizləşir.

Bakıda, şəhərin mərkəzi hissəsində təbii ehtiyacı qarşılamaq üçün bir neçə məşhur ünvan var - gərək özünü çatdırasan ya bulvara, ya Fəvvarələr meydanına, ya da ki, Filarmoniyanın həyətinə.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, paytaxtın tualetləri indikindən beş dəfə çox olmalı idi:

«Bakı şəhər icra hakimiyyəti gərək bu işləri nəzərə alsın».

Paytaxtda təsərrüfat işlərini tənzimləyən şəhər icra hakimiyyətindən isə telefon zənglərimizə cavab verən olmadı.

Bakıya gələn turistlər deyirlər ki, bu şəhərdə çox şeydən razıdırlar, tualetlərin sayı artırılsa, lap əla olar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bəzən turistlər onun təşkilatına da şikayət edir, xüsusilə də tualetin baha olmasından.

Bakı şəhər icra hakimiyyətinin internet saytındakı məlumata görə, paytaxtın 2 milyon 200 min əhalisi var.Qeyri-rəsmi məlumatlara görə, bu say daha çoxdur. Ölkəyə gələn turistlərin sayı isə artır, 2016-ci ildə bu rəqəm təqribən 2 milyon 200 min nəfər olub, bu da əvvəlki illə müqayisədə təqribən 12 faiz çoxdur.