Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
16:40 | 13 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 3114 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiyanın Xəzərdəki dəniz limanları üzərindən yükdaşımalar bu ilin yanvar-oktyabr ayları ərzində kəskin azalıb. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın dəniz limanları Assosiasiyası açıqlayıb. Məlumata görə Rusiya dəniz limanları üzərindən yükdaşımaların ümumi artımına baxmayaraq Xəzər hövzəsindəki limanlardan yükdaşımalar cəmi 3.1 milyon ton təşkil edib.
Bu, ötən ilki yükdaşıma həcmindən 35.3 faiz azdır. Azalmanın 2.2 milyon tonu quru yüklərin payına düşüb. Ötən ilin həmin dövrü ilə müqayisədə Rusiyanın Xəzər hövzəsindəki limanlarından quru yüklərin daşınması 9.8 faiz azalıb. Maye yüklərdə azalma 0.9 milyon ton, yaxud 61.4 faiz təşkil edib. Ən çox azalma dinamikası Mahaçqala limanında qeydə alınıb-58.3 faiz. Həştərxanda isə azalma 9.1 faiz təşkil edib.
Ekspertlərə görə bu azalmanın əsas səbəbi yüklərin Rusiyanı Xəzərdəki limanlarından Azərbaycan limanlarına axınıdır. Bunu statistika da təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin birinci yarısında Azərbaycanın dəniz nəqliyyatı ilə yükdaşımalar 50 faizə qədər artıb. Dəniz limanlarından daşınan yüklərin həcmi isə yanvar-iyul aylarında 38.3 faiz artaraq 6 milyon 88 min tona çatıb.
Bəs yüklərin Rusiya limanlarından Azərbaycan limanlarına meyllənməsinin səbəbi nədir? Virtualaz.org qeyd edir ki, bu, Azərbaycanda prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişaf istiqamətlərdən biri kimi ölkənin tranzit potensialından istifadənin genişləndirilməsinə yönəlmiş islahatlarla birbaşa əlaqəlidir. Belə ki, 2016-cı ildən etibarən Azərbaycanın Xəzərdəki əsas yük limanı olan Ələt limanı üzərindən tranzit yüklərin daşınması xeyli liberallaşdırıldı. Limanda tranzit yüklərin gömrük və digər proseduralardan keçirilməsini sürətləndirmək üçün ən qabaqcıl metodlar tətbiq edildi. O cümlədən çevik tarif siyasəti tətbiq edildi, liman infrastrukturu modernləşdirildi. Nəticədə quru yüklərin Xəzərdən keçməklə Azərbaycan üzərindən daşınması asanlaşdı.
Habelə Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqli artıb, eləcə də Mahaçqala limanında baş alıb gedən neft oğurluğu, neftin su ilə qarışdırılaraq Mahaçqala-Novorossiysk kəmərinə vurulması praktikasının davam etməsi Rusiyanın Xəzərdə hasilatla məşğul olan şirkətlərini də neftin daşınması üçün Bakıya üz tutmağa məcbur edib.
Gözlənilir ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin tam başa çatdırılmasından sonra yükdaşımaların həcmi daha da artacaq. Buna yeni istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yol dəhlizi də imkan yaradır. Beynəlxalq yüklərin hansı dəhlizlə daşınması məsələsində ciddi rəqabət var və belə görünür ki, Azərbaycanın həyata keçirdiyi islahatlar artıq Xəzərdə bu rəqabətdə irəli çıxmağa imkan verib. Yüklər Rusiya limanlarından üz döndərib Azərbaycan limanlarına doğru istiqamət alır...