vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
09:21 | 18 noyabr 2017 | Şənbə Məqaləyə 1492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şadlıq evlərinə «sürpriz»

Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»

Xalidə GƏRAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Nazirlər Kabinetinin qərarı ilə «Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı»nda edilmiş dəyişikliklər ictimaiyyətdə bəzi suallar doğurub. Məsələyə aydınlıq gətirmək üçün Müəllif Hüquqları Agentliyindən açıqlama verilib.

Qurumdan bildirilib: «Şadlıq evlərində, restoran və kafelərdə musiqili əsərlərin istifadəsinə görə müəlliflərə qonorar ödənilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarın tətbiqi bir yenilik deyil. Bu qanun 20 ildir mövcuddur, sadəcə olaraq »Müəllif  və əlaqəli hüquqlar haqqında« Qanunun həyata keçirilməsini nəzərdə tutan bu akt 20 il keçdikdən sonra müasirləşdirilib.

Dünya praktikasına nəzər saldıqda görürük ki, əqli mülkiyyət və maddi mülkiyyət sahiblərinin qarşılıqlı münasibətlərini tənzimləyən qanunlar uğurla tətbiq olunur. Yəni hər kəsə bəllidir ki, şadlıq saraylarında, restoranlarda ifa olunan keyfiyyətli musiqi marketinq komponentinin vacib tərkib hissəsidir. Başqa sözlə desək, şadlıq saraylarında və restoranlarda səslənən əsərlər daha çox müştəri cəlb etməklə, məhz maddi mülkiyyət sahiblərinin qazancını artıran bir amildir. Bu bir növ sahibkarın əldə etdiyi qazancın çox cüzi bir hissəsinin istifadə olunan əsər müəllifləri ilə bölüşməsi anlamına da gəlir».

Qeyd olunub ki, müəllif qonorarı ilə bağlı məbləğ cüzidir:

«Qərara əsasən əsərlərin istifadəsinə görə restoranlarda, kafelərdə, barlarda və digər ictimai yerlərdə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odənilməlidir. Toy mərasimləri keçirən obyektlərə gəlincə hər tədbir üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir».

Qurumdan həmçinin bildirilib ki, qonorarı müəlliflərə müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir: «Sözügedən qonorar ödənişinin müğənnilərə heç bir aidiyyətı yoxdu, qonorarı müəlliflərə əsərləri kommersiya məqsədi ilə istifadə edən şadlıq sarayı və restoran sahibləri ödəməlidir və bu çox ədalətli bir prinsipdir».

Qurum qonorarların ödəmə qaydasına da aydınlıq gətirib: «Bu mexanizm çox sadədir və dünya praktikasına istinadən yeni deyil. Restoran və ya şadlıq sarayının sahibləri tədbir bitdikdən sonra ifa edilmiş əsərlərin siyahısını qonorar yığımını həyata keçirən yerli ictimai təşkilata göndərir. Həmçinin qonorar məbləği də eyni təşkilatın hesabına köçürülür. Qonorar yığımını həyata keçirən həmin ictimai təşkilat təqdim edilmiş siyahıya uyğun olaraq qonorarları müəlliflər arasında bölüşdürür. Bir vacib məsələdə ondan ibarətdir ki, qonorar ödənildiyi halda söhbət milli və xarici əsərlər arasındakı ayrı seçkilikdən getmir. Qaydalar bütün əsərlərə aiddir, çünki qonorar yığan ictimai təşkilat adətənMüəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Beynəlxalq (CISAC) qurumun üzvüdür və qayda bütün üzvlərə şamil edilir».

O da vurğulanıb ki, xalq mahnılarına görə qonorar nəzərdə tutulmayıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *