Əfvin imzalanacağı tarix dəqiq deyil
«Prezidentin səlahiyyətində olan məsələdir»
Nərgiz LİFTİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Növbəti əfv ANONSU ...
Kimlər azadlığa çıxacaq?
-
Hakimiyyət siyasi məhbus məsələsini qapadır
«Bir dəfə bu addımı atıb Avropa Şurasına daxil olduq, indi də ...»
-
Məhkumlara şad xəbər
500-dək dustaq Novruz bayramını evində keçirə bilər
-
Erməni həmsədr Vətəndaş Sülh Platformasından qovuldu
Novella Cəfəroğlu: «İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirsə, biz nə edək?»
-
Yeni cəza növü - elektron bilərzik...
Əliməmməd Nuriyev: «Alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir»
-
Rüşvət vermə cinayətləri artıb...
Bəs onlar necə cəzalandırılır?
-
Sən vermədin, mən də almadım
Elektron xidmətlərdən istifadə, birbaşa təmasın aradan qaldırılması rüşvət cinayətlərini məhdudlaşdır
-
«Həbsdən azad olanlara dəyər vermək lazımdır»
Millət vəkili: «Kriminal əhval-ruhiyyədə insanların çoxalması cəmiyyət üçün narahatçılıq yaradır»
-
«Təhsil mülkiyyətidirmizdir»
Novella Cəfəroğlu: «Azərbaycanın zəif cinsin nümayəndələri üçün böyük şansdır ki, birinci vitse prezidentimiz qadındır»
-
Dövlət qurumlarındakı «ölü canlar»
...Onları kim himayə edir...
-
Deputat hiddətləndi
«Əhaliyə at-eşşək əti yedizdirən oğru «işbazlara» cinayət işi açılmalıdır!»
-
«Hər iki məhkumun əfv müraciəti olub, amma...»
Əvf Komissiyası bir məhkumun yerinə başqasının buraxılması iddiasına aydınlıq gətirdi
-
Adı əfv siyahısına düşən məhkumun yerinə başqası buraxılıb?
Penitensiar Xidmətdən açıqlama
-
«Hər hansı ziddiyyət yoxdur»
Yeni qanun şərh olundu: «Prezident Administrasiyasının ləğvindən söhbət belə, gedə bilməz»
-
«Cahangir Hacıyev istəsə də edə bilməz…»
Əfv Komissiyasının üzvündən açıqlama...
-
Sabit Bağırovun təklifləri qeyd-şərtsiz qəbul olunmalıdır
MSŞA QHT Koalisiyası Şurasının növbəti toplantısı keçirilib
Hər il bayramqabağı həyata keçirilən əfvin bu il də Novruz bayramına təsadüf edəcəyi gözlənilir. «Xezerxeber.az»ın məlumatına görə, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb.
Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir. Ə. Nuriyev onu da qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meyarlara uyğun olan məhkumların müraciətinə baxılır. Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir.
Bəs görəsən, Ə.Nuriyevin bu fikirlərini Prezident yanında Əfv Komissiyasının digər üzvləri də paylaşırmı? Əfv sərəncamı Novruz ərəfəsində, yoxsa may ayında Cümhuriyyətin 100 illiyinin qeyd olunması ərəfəsində veriləcək?
Bu suallarla bağlı danışan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, bu il əfv olacaq: «Lakin onun martda, yoxsa mayda, yoxsa dekabrda olacağı dəqiq deyil. İl boyu bayramlar, əlamətdar günlər var. Cümhuriyyətin 100 illiyi də var. Bu bayramların birində əfv olacaq və məhbusların əksəriyyəti azadlığa çıxacaq. Bu əfvdə həbsdəki jurnalistlərin, bloqqerlərin də azad olunması gözlənilir».
Əfv Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı da açıqlamasında bildirdi ki, əfvin nə zaman veriləcəyi ölkə başçısının qərarından asılı olacaq: «Respublikamızda Dövlət Əfv Komissiyası uzun illərdir - 20 ildən artıqdır fəaliyyət göstərir. Bu komissiyanın da işi daimidir. Vətəndaşlar yaxın ailə üzvləri, tanışları, dostları olan məhkumlarla bağlı öz müraciətlərini ilboyu Əfv Komissiyasının üzvlərinə və Prezident Aparatında yerləşən əfv məsələləri üzrə sektora ünvanlaya bilirlər. Bizim komissiya daimidir və vaxtaşırı olaraq iclaslar keçirilir. Ancaq ictimaiyyət birmənalı olaraq bilməlidir ki, əfv sərəncamının imzalanması prezidentimizin səlahiyyətidir. Biz komissiya üzvləri olaraq prezidentin səlahiyyətinə qarışa bilmərik. Komissiya üzvləri olaraq bizim vəzifə borcumuz odur ki, məhkumlarla bağlı bizə ünvanlanan müraciətlərə baxaq, təhlil edək. Biz onların cəzaçəkmə müəssisəsindəki durumlarına, davranışlarına, törətdikləri cinayətdən keçirdikləri peşmançılığa, zərərçəkənin hüquqlarının qorunmasına və sairə birgə baxırıq, bütün bu məsələləri təhlil edib, meyarlara uyğun gəlirsə, Əfv Komissiyası tərəfindən rəy veririk. Komissiyanın yekun işi prezidentə təqdim olunur. Daha sonra əfv fərmanını nə zaman imzalamaq prezidentin səlahiyyətinə aiddir».
M.İbrahimqızı onu da vurğuladı ki, əfvin məhz Novruz bayramında olacağını demək çətindir: «Əfvin nə zaman veriləcəyi və neçə nəfərə şamil olunacağını biz deyə bilmərik. İlboyu əlamətdar günlər, bayramlar var. Mən 20 ildən artıqdır ki, Əfv Komissiyasının üzvüyəm. Deyə bilərəm ki, əfv sərəncamının imzalanması qeyri-bayram günlərində də olub. O baxımdan bunu hansısa bayramla əlaqələndirmək olmaz. Prezidentin humanist siyasəti onun fəaliyyətinin təməl prinsipidir. Əfv Komissiyasının, xüsusilə də dövlət başçısının məqsədi odur ki, daha çox məhkum ailəsini sevindirsin».
Siyasi məhbusların əfv sərəncamı ilə azadlığa çıxması ilə bağlı suala gəlincə, M.İbrahimqızı «siyasi məhbus» ifadəsini qəbul etmədiyini bildirdi: «Mən »siyasi məhbus" ifadəsini qəbul etmirəm. Çünki Azərbaycanda siyasi düşüncəsinə görə heç kim təqib olunmur. Cinsindən, dinindən, sosial mənşəyindən, düşüncəsindən asılı olmayaraq hər kəs azaddır, hər kəskin fundamental hüquqları var. Ona görə də mən düşünürəm ki, «siyasi məhbus» sözü Azərbaycanı sevməyən beynəlxalq təşkilatların işlətdiyi qurama ifadədir. Halbuki bu günə qədər Avropanın nüfuzlu beynəlxalq təşkilatları «siyasi məhbus» sözünün nə demək olduğunu izah edə, onun bir formulunu tapa bilmirlər. Bu təşkilatlar «siyasi məhbus» məsələsindən Azərbaycan kimi kiçik ölkələrə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. O da Azərbaycanda baş tutmur, çünki bizdə heç vaxt «siyasi məhbus» olmayıb. Cəzaçəkmə müəssisələrində Yeni Azərbaycan Partiyasının üzvü olan məhbuslar da var. Belə hallar çox deyil, lakin var. Beynəlxalq təşkilatlar onları niyə bir dəfə ziyarət etmirlər. Şəxsən mən bu ifadəni qəbul etmirəm. Ona görə də hər kəs qanunun aliliyi qarşısında bərabərdir".
Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı imzalanıb və indiyədək 7000-ə yaxın şəxs azadlığa çıxıb.