 
                    
                     
                 19:50 | 2 fevral 2019 | Şənbə
                Məqaləyə 2373 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                19:50 | 2 fevral 2019 | Şənbə
                Məqaləyə 2373 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                Şamaxı şəhəri 2019-cu ilin “Gənclər Paytaxtı” seçilib. Modern.az xəbər verir ki, www.genclerpaytaxti.az saytı vasitəsilə yanvarın 25-dən onlayn keçirilən səsvermə yanvarın 31-də başa çatıb.
Səsverməyə əsasən Şamaxı şəhəri 30,1 faiz səslə birinci yeri tutub.
Digər rayonların topladığı səsləri təqdim edirik:
Lənkəran rayonu 25.6 faiz
Kürdəmir rayonu 11.5 faiz
Tovuz rayonu 7.3 faiz
Masallı rayonu 4.1 faiz
Şirvan şəhəri 3.8 faiz
Şəki şəhəri 2.9 faiz
Sumqayıt şəhəri 2.1 faiz
Mingəçevir şəhəri 1.6 faiz
Astara rayonu 1.6 faiz
Sabirabad rayonu 1.5 faiz
Ağcabədi rayonu 1.3 faiz
Xaçmaz rayonu 1.1 faiz
Zaqatala rayonu 1.0 faiz
Oğuz rayonu 0.8 faiz
Ağstafa rayonu 0.7 faiz
Qax rayonu 0.6 faiz
Qəbələ şəhəri 0.6 faiz
Qusar rayonu 0.6 faiz
Gədəbəy rayonu 0.6 faiz
Qeyd edək ki, səsvermənin nəticəsi 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunacaq tədbirdə rəsmən elan ediləcək.


 
   
   
   
   
  