vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
16:28 | 7 iyun 2019 | Cümə Məqaləyə 3003 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Kombayn tapılmır

Arpa sahələrdə məhv olur ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Əksər bölgələr kimi Biləsuvarda da arpa biçininə start verilib. Bu il məhsuldarlıq da yüksəkdir. Lakin kombayn çatışmazlığı səbəbindən fermerlər biçin apara bilmirlər.

Biləsuvarın İsmətli kəndində 500 hektara yaxın taxıl əkilib. Bu il məhsuldarlıq da yüksək olub. Lakin kombayn çatışmazlığı səbəbindən fermerlər biçin apara bilmirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsul günü-gündən məhv olur.

“Orta hesabla 30 sentner götürülməli idim. Artıq vaxtında biçilmədiyinə görə 7-8 sentneri məhv olub. 2-3 gündən sonra məhsulun 50 faizi məhv olacaq. Bir həftə sonra isə sahəyə kombayn girsə sünbüllər qırılıb töküləcək”, - təsərrüfat sahiblərindən biri deyib.

“3 hektar sahədə arpa əkmişəm. Orta hesabla 10 ton götürməli idim. Əgər 2-3 günə arpa biçilməsə mən 3-4 ton məhsul götürəcəm”,- digər fermer bildirib.

Fermerlərə görə, aidiyyatı qurumlara müraciət edilib, amma heç bir nəticəsi olmayıb: “Hər dəfə deyirlər “gedin sabah gələcək”. Bir həftədir yollardayıq, kombayn göndərilmir. Arpa isə gözləmir, məhsul yetişdikcə yerə tökülür”.

Məsələ ilə bağlı Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, taxıl biçini növbəli sistem əsasında aparılır. Yaxın günlərdə İsmətli kəndinə də növbə çatacaq və oradakı arpa biçiləcək.