vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
16:44 | 17 iyul 2019 | Çərşənbə Məqaləyə 3119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkmənbaşı TIR yoluna tir qoydu

Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkmənistan artıq yarım ildən çoxdur Tacikistana aid ağırtonnajlı yük maşınlarını öz ərazisinə buraxmır. Bu səbəbdən Tacikistan yükdaşıyanları Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizinə istiqamətləniblər. Bu dəhliz Türkmənistan marşrutundan daha uzun olsa da tacik TIR-larının stabil və təhlükəsiz hərəkətinə imkan verir.

Tacikistanın nəqliyyat nazirinin müavini Suxrob Mirzozoda bildirib ki, Türkmənistanın tacik TIR-ları üçün yolu bağlamasından sonra onlar problemi iki alternativ marşrutu seçməklə həll ediblər.

“Biz bu problemi hazırda yüklərin maneəsiz daşındığı iki alternativ marşrutla həll etmişik”,-o qeyd edib.

Mirzozoda bildirib k, yeni istiqamətlər Türkmənistan ərazisinə nisbətən xeyli uzundur. Birinci marşrut Özbəkistandan Qazaxıstanın Xəzərdəki Aktau limanına, oradan isə Bakıya, daha sonra Azərbaycan üzərindən Gürcüstana uzanır. İkinci marşrut isə yenə də Özbəkistandan keçməklə Qazaxıstana, oradan Rusiyaya və Gürcüstana, daha sonra Yaxın Şərq ölkələrinə istiqamətlənir.

Mirzozoda bildirib ki, tacik yükdaşıyanlarının Azərbaycan və Gürcüstan yol infrastrukturundan istifadə etməsinə dair bu ölkələrlə razılaşmaları qısa müddətdə əldə ediblər.

Türkmənistan Tacikistana aid TIR-ları öz ərazisindən niyə buraxmadığını izah etmir. Türkmənistan tərəfi ilk dəfə ötən ilin yayında tacik TIR-ları üçün yolu bağlayıb. Nəticədə İran-Türkmənistan sərhədində yüzlərlə TIR yığılıb qalıb. Aşqabad qadağanı izah etməyib, sonradan TIR-ların “təhlükəsizlik baxımından” ölkəyə buraxılmadığı haqda məktub göndərib. Sonradan qadağa götürülsə də bu ilin əvvəllərindən yenidən Tacikistan yükdaşıyanları Türkmənistan ərazisinə buraxılmayıblar.