vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
15:25 | 31 iyul 2019 | Çərşənbə Məqaləyə 1960 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda çoxdan gözlənilən an

Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir

Elxan ŞAHİNOĞLU

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer Bakıda prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və maliyyə naziri Samir Şərifovla görüşdü.

Fransa ilə Azərbaycan arasında siyasi təmaslar üst səviyyədədir, iqtisadi əlaqələr və ticarət həcmi də artır. Rəqəmlər Azərbaycanın Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini göstərir. Fransalı nazirin sözlərinə görə Azərbaycan Fransa üçün həmişə mühüm iqtisadi tərəfdar olub və Paris buna daim böyük önəm verib. “Biz həmçinin energetik sferada, bərpa olunan enerji qaynaqları və müdafiə sənayesi sahələri üzrə ikitərəfli əməkdaşlıqda maraqlıyıq”, - deyən nazir Fransanın Azərbaycanla iqtisadi və maliyyə sahələri üzrə əməkdaşlığı yeni mərhələyə keçirmək istədiklərini bildirib.

Əlbəttə, bu deyilənlər vacibdir. Ancaq Fransanın iqtisadiyyat və maliyyə nazirinin Bakıda işlətdiyi ən önəmli cümlə budur: “Paris Bakı ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqda maraqlıdır”.

Fransada güclü erməni lobbisinin olmasına baxmayaraq, rəsmi Paris Azərbaycanla hərbi əməkdaşlıq başlamaq barədə qərar verib. Rəsmi Bakı bu qərarın verilməsini çoxdan gözləyir. Azərbaycan Fransadan həm hərbi texnika almaqda, həm də Fransa ilə birgə hərbi texnikanın istehsalında maraqlıdır. Təsadüfi deyil ki, keçən ilin sentyabrında Bakıda keçirilmiş “ADEX-2018” beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunmuşdu. Həmin iki şirkət Azərbaycanla müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyə maraq göstərirdilər. Bunun davamı olaraq bu ilin iyununda Parisdə keçirilən “Paris Air Show-2019” sərgisində Azərbaycan da təmsil olunmuşdu. Bu sərgi çərçivəsində də hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdu.

Beləliklə, Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir. Azərbaycan bu əməkdaşlığa milyardlarla dollar maliyyə ayırmağa hazırdır. Azərbaycan bu il Rusiyadan hərbi texnika almayıb. Azərbaycan yeni və modern hərbi texnikanı Fransa və digər bu kimi ölkələrdən almaq istəyir.

Əlbəttə, Fransa Azərbaycana hərbi texnika satarsa və birgə hərbi istehsala başlayarsa, rəsmi İrəvan və Fransadakı erməni lobbisi buna etiraz edəcək, müxtəlif petisiyalar hazırlanacaq. Ancaq rəsmi Paris əgər Azərbaycanla hərbi əməkdaşlığa qərar veribsə və bunun üçün nazirini Bakıya göndəribsə deməli əvvəlcədən neqativ reaksiyaların olacağını və bunlara veriləcək cavabları da müəyyənləşdirib. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)