vaxtlı-vaxtında oxuyun! Cümə, 18 sentyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
12:07 | 4 aprel 2020 | Şənbə Məqaləyə 318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qara qızıl savaşında ağ bayraq ...

Putin Tramp və bin Salmanla anlaşmağa hazır olduğunu açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin ötən gün aprelin 3-də Səudiyyə Ərəbistanı və ABŞ-la neftə dair anlaşma əldə etməyə hazır olduğunu açıqlayıb. Virtualaz.org xəbər verir ki, Putin Səudiyyə Ərəbistanı və ABŞ-la danışıqlar apardığını təsdiqləyib.

“Biz Səudiyyədən olan partnyorlarımızla sıx təmasdayıq. Bu yaxınlarda mənim Birləşmiş Ştatlar prezidenti ilə də söhbətim oldu”,-o deyib. Putin bildirib ki, bütün ölkələr neft bazarında sabitliyin yaranmasında maraqlıdır. Hasilatın azaldılmasından danışan Rusiya prezidenti deyib ki, söhbət sutkada 10 milyon barel və ola bilsin daha çox ixtisardan gedə bilər.

Putin habelə deyib ki, Rusiya heç vaxt neftin qiymətinin hədsiz yüksək, yaxud aşağı olmasına can atmayıb. Və ölkə neftin qiymətinin 42 dollar səviyyəsində özünü rahat hiss edir. Onun fikrincə, indiki ucuzlaşma daha çox koronavirus pandemiyası ilə bağlıdır, çünki pandemiya ilə bağlı tələbat aşağı düşüb və istehsal azalıb.

Xatırladaq ki, Rusiya ilə Səudiyyə Ərəbistanının gündəlik neft hasilatını 10 milyon və hətta daha çox azaltmaq barədə danışıqlar apardığını bir gün əvvəl ABŞ prezidenti Donald Tramp açıqlamışdı. Trampın bu barədə “twit”i dərhal neftin qiymətinin sıçrayışla artmasına səbəb oldu.

Lakin analitiklər bu cür rekord həcmdə ixtisarın olacağını ağlabatan hesab etmirlər. OPEC+ razılaşması çərçivəsində tərəflər sutkada cəmi 1.5 milyon barel ixtisara razı olmuşdular. Və Səudiyyə Ərəbistanının bu həcmi koronavirusa görə qiymətlərin ucuzlaşmasının qarşısını almaq üçün  daha 1.5 milyon barel artırmaq təklifinə razı olmayan Rusiya ümumiyyətlə sövdələşməni tərk etdi. Bundan sonra Səudiyyə Ərəbistanı Rusiya ilə neft müharibəsinə başladı, hasilatı gündəlik 12 milyon barelə qədər artırdı, üstəlik öz neftini bazarda 5-6 dollar aşağı təklif etdi. Nəticədə qiymətlər sürətlə dibə yuvarlandı.

Putinin açıqlamasından əvvəl “Reuters” bildirib ki, OPEC ölkələri Rusiya, Qazaxıstan və Azərbaycanla birlikdə hasilatın misli görünməmiş həcmdə azaldılması üzərində işləyir. Söhbət dünya bazarına çıxarılan neftin həcminin 10 faiz azaldılmasından gedir, bu isə 10 milyon bareldən çoxdur. Tərəflər aprelin 6-da məsələni videokonfrans vasitəsilə müzakirə edəcəklər. Lakin hansı ölkənin hasilatı nə qədər azalda biləcəyi məlum deyil.

Hazırda bazarda təklif tələbi 15 milyon barel üstələyir, aprel ayında bu rəqəm 20 milyon barelə qədər arta bilər.

Gözlənilir ki, bu gün Vladimir Putin hasilatın azaldılmasını ölkənin neft şirkətlərinin rəhbərləri ilə müzakirə edəcək. Dünən martın 3-də isə ABŞ prezidenti Tramp neft sənayesi şirkətlərinin rəhbərlərini Ağ evdə qəbul etməyə hazırlaşırdı.

“Bloomberg” isə bildirir ki, Rusiyanın neft şirkətləri qiymətləri stabilləşdirmək üçün hasilatı azaltmağa hazırdır və onlar bu barədə Putinlə görüşdə bildirəcəklər. ABŞ isə belə görünür ki, hasilatı azaltmağa hazırlaşmır. Tramp bəyan edib ki, Səudiyyə Ərəbistanına və Rusiyaya güzəştə getməyəcək. Çünki onsuz da qiymətlərin aşağı düşməsinə görə ABŞ-da şist neft hasilatı xeyli azalıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *