Neft qiymətləri yenidən yüksəldi
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
11:57 | 5 aprel 2020 | Bazar
Məqaləyə 2067 dəfə baxılıb
Şriftin ölçüsü
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Enerji qiymətləri kəskin artdı
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Neft hasil edən ölkələrin OPEC+ formatında aprelin 6-na nəzərdə tutulan və videokonfrans yolu ilə keçirilməsi nəzərdə tutulan danışıqlarının təxirə salınmasınıb səbəbi məlum olub.
Virtualaz.org xəbər verir ki, buna səbəb Ər-Riyadla Moskva arasında neft hasilatına dair ziddiyətlərin hələ də dərin olması və nəhayət Rusiya prezidenti Vladimir Putinin bəyanatıdır.
Xatırladaq ki, bu danışıqlar haqda ilk dəfə ABŞ prezidenti Donald Tramp Tvitter-də anons edib, nəticədə ümidsiz şəkildə dibə yuvarlanan neft qiymətləri bir anda sıçrayıb. 23 dollara qədər ucuzlaşan “Brent” nefti həftənin son hərraclarında 35 dollara qədər bahalaşıb. Tramp bildirmişdi ki, Səudiyyə Ərəbistanı ilə Rusiya hasilatın sutkada 10 milyon barrel və hətta daha çox azaldılması üçün danışıqlara başlamağa hazırdır. Müqayisə üçün qeyd edək ki, bundan əvvəlki OPEC+ razılaşması hasilatın cəmi 1.5 barrel azaldılmasını nəzərdə tuturdu və həmin razılaşma Rusiya ilə Səudiyyənin fikir ayrılıqları üzündən pozuldu.
Nəhayət dünən elan edilmişdi ki, Azərbaycan, Rusiya və Qazaxıstanın da iştirakı ilə OPEC ölkələri hasilatın sutkada 10 milyon barrel azaldılmasını videokonfrans yolu ilə müzakirə edəcəklər. Bu danışıqlar aprelin 6-na təyin edilmişdi, amma daha sonra danışıqların təxirə salındığı açıqlandı. “RİA Novosti” bildirir ki, bunun səbəbi iştirakçıların öz mövqelərini formalaşdırmaq üçün daha çox vaxta ehtiyacının olmasıdır. Habelə Səudiyyə Ərəbistanı Rusiya prezidentinin son bəyanatından bərk qəzəblənib. Putin bildirmişdi ki, OPEC+ razılaşmasının pozulmasının səbəbi əslində Səudiyyə Ərəbistanının ABŞ-dan olan şist neft hasilatçılarını sıradan çıxarmaq istəyi idi.
Dərhal bu bəyanata Ər-Riyaddan sərt reaksiya verilib, Səudiyyə Ərəbistanı XİN bildirib ki, bu deyilənlər tamamilə həqiqətdən uzaqdır və əslində razılaşmanı pozan tərəf Rusiyadır. Bəzi mənbələr səudiyyəlilərin bərk hiddətlənməsi səbəbindən OPEC+ danışıqlarının aprelin 9-da da baş tutmasının sual altında olduğunu deyirlər.