vaxtlı-vaxtında oxuyun! Cümə, 24 yanvar 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
14:55 | 8 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərişıq» fasiləsiz iş rejiminə keçib

«Problemi olanlar bizim çağrı mərkəzimiz olan 199-a zəng etsinlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 24 saat xidmət göstərirlər ki, abonentlərimiz fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunsunlar».

Bu sözləri «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Tanrıverdi Mustafayev hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem yaranmadığını bildirib.

«Bu gün səhər saatlarında cəmi 2 dəfə  elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb.

Qurum rəsmisi qışa ümumi hazırlığın yüksək səviyyədə olduğunu da deyib.

«Maşın mexanizmlərimiz, materiallarımız, avadanlıqlarımız, dağlıq rayonlarda və aran yerlərindəki işçi qrupumuz hazır vəziyyətidir. Yay fəsli ərzində dayaqlar dəyişdirilib, qəzalı vəziyyətdə olan yerlər yenidən bərpa olunub. Bir sözlə desək, qışa hazırlıq üçün xeyli işlər görülüb. Nə qədər hava kəskinləşsə də elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq. Yaranarsa da,  vətəndaşlarımız  bizim çağrı mərkəzimiz olan 199-a zəng etsinlər və problem operativ şəkildə aradan qaldırılsın.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *