vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
13:22 | 10 fevral 2017 | Cümə Məqaləyə 2852 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2 ilə fasiləsiz enerji təminatı

Prezident həmin vəzifəni «Azərişıq» ASC-yə həvalə edəndən bəri nələr dəyişdi...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan 10 fevral 2015-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycan Respublikasının ərazisində istehlakçıların elektrik enerjisi ilə təmin olunması, yeni yaradılan «Azərişıq» ASC-yə həvalə edildi. İndi həmin tarixdən iki il keçir. Bəs həmin tarixdən bu yana nələr dəyişdi?

«Azərişıq» ASC-nin mətbuat xidmətinin hazırladığı məqalədə deyilir ki, ölkə prezidenti tərəfindən təsdiq edilmiş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına» və «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına» dair dövlət proqramlarının icrası məqsədi ilə təcili şəkildə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün «Azərişıq» ASC tərəfindən 2015- 2016-cı ildə iri miqyaslı layihələr həyata keçirildi.


69 müasir yarımstansiya


«Azərişıq» ASC fəaliyyətə başladığı  gündən ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və əsaslı şəkildə yenidən qurularaq, müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel olaraq 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7.746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb.

Bundan başqa 2.300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.


Ağac dirəklər yerinə dəmir-beton dayaqlar


2015-2016- cı il ərzində paytaxtda, rayon mərkəzlərində,  qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatan avadanlıqlar müasir tipli avadanlıqlarla əvəz olunub. Bu məqsədlə uzun illər istismar edilən 230 minə yaxın ağac dayaqlar yenilənərək dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərib.


27.700,4 km hava xətlərinin təmiri və 500. 000-dən çox müasir sayğac



Qarşıya qoyulan məqsədə çatmaq üçün 2015-2016-cı illərdə  7 233,8  km hava xətti, 4 079,6 km kabel və5 018,9 km özünüdaşıyan izolyasiyalı naqilləri çəkilib. 227479 ədəd dayaq basdırılıb, ümumi uzunluğu 27 700,4 km olan müxtəlif gərginlikli hava xətlərində əsaslı təmir işləri görülüb.

İki illik müddət ərzində əhali və qeyri-əhali istehlakçılara 504 217 - dən artıq sayğac  quraşdırılıb və ya dəyişdirilib ki, onların da 21 958 ədədi SMS tipli müasir sayğaclardır. Diqqəti bu fakt da cəlb edir ki, iki il ərzində şəbəkələrin qoyuluş gücü 2 000 MVA – dan çox artırılıb. Bu da o deməkdir ki, qoyuluş gücü tələbat gücünü üstələyir və deməli təmir və qəza açılmaları zamanı ehtiyat güc mənbəyi vasitəsilə abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar.


Milyonlarla istehlakçının enerji təminatı


Artıq abunəçilər enerji pulunu çox asanlıqla internet resurslarından, bank və, poçtlardan, həmçinin «APUS», «Paypoint» və digər köçürmə növlərindən istifadə etməklə ödəyə bilirlər. Bununla yanaşı, elektrik enerji borcları haqqında abunəcilərə məlumatların çatdırılması üçün telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün «SMS»  xəbər sistemləri  tətbiq edilir. Qeyd olunan tədbirlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi 2015- 2016-cı ildə xeyli artıb və itkilər azalıb.

Ümumilikdə ölkə üzrə 500 000-dən çox abonentin, yəni 2,5 milyona yaxın əhalinin enerji təminatı yaxşılaşdırılıb.«Azərişıq» ASC-nin  Mərkəzi Dispetçer xidmətində elektrik şəbəkəsinin  məsafədən idarə olunamsını təmin edən «SCADA» sisteminin əhatə dairəsi hər ötən il artırılmaqdadır. Həmin sistem vasitəsi ilə yüksək gərginlikli yarımstansiyaların və xətlərin məsafədən idarə olunması təmin edilir.


Əmək şəraitinin yaxşılaşdırılması və gənc kadrların hazırlanması


Qeyd olunan müddət ərzində regionlarda 30-a qədər ofis binası tikilib, 2 rayonda isə köhnə binalar təmir edilib. İşçilərin səmərəli və çevik fəaliyyəti üçün bütün texniki şərait təmin edilib.  Bütün bunlarla yanaşı, «Azərişıq» ASC-də yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik gənc kadrların hazırlanması işi daim davam etdirilir. Bunun üçün «Azərişıq» ASC-nin yüksək səviyyədə təmin edilmiş Tədris Mərkəzləri fəaliyyət göstərir. Burada treninqlər il boyu müxtəlif istiqamətlərdə aparılır. Tədris Mərkəzlərində yerli mütəxəssislərlə yanaşı xarici ölkələrdən də peşəkarlar dəvət olunur. Respublikamızda elektroenergetika üzrə kadr hazırlayan ali və orta texniki  peşə və kollec təhsili verən müəsisələr də Tədris Mərkəzinin imkanlarından istifadə edirlər.


«Asan xidmət»lə sıx əməkdaşlıq


İki ildən artıqdır ki, «Azərişıq» ASC «ASAN xidmət» və yeni yaradılan «ASAN Kommunal» mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda Bakı, Sumqayıt, Bərdə, Masallı, Qəbələ, Sabirabad və Gəncə şəhərlərindəki «ASAN xidmət» mərkəzlərində «Azərişıq» ASC öz fəaliyyətini davam etdirir. Daha dəqiqi  «ASAN xidmət» mərkəzlərində abunəçilərə  texniki şərtlərə dair müraciətlərin qəbulu,  elektrik şəbəkəsinə qoşulması,  borclara yenidən baxılması, borcun olmamasına dair arayışın verilməsi,  elektrik enerjisi istehlakçısının adının dəyişdirilməsi kimi xidmətlər də daxil olmaqla 11 növ  xidmət göstərilir.

Ölkə üzrə bütün istehlakçılarının fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində «Azərişıq» ASC qarşısında qoyulan vəzifələr 2017-ci ildə də tərtib olunmuş müvafiq iş planı üzrə uğurla davam etdiriləcək, ölkə prezidenti cənab İlham Əliyevin  «İşıqlı Azərbaycan» layihəsinin həyata keçirilməsində - istehlakçıların dayanıqlı, etibarlı, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində var gücü ilə çalışacaqdır.