Nazir müavinləri ixtisara düşür
İqtidar idarəetmədə yeni düzən planını işə salır; maksimum iki müavin ştatı saxlanılacaq; BŞİH-də də rəhbər postlarda ixtisar olacaq; icra başçılarına isə...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ƏDV-dən qazanc dəbə minib...
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
Bakı-Naxçıvan bileti 60 manat
Əli Əsədov fərman imzaladı
-
Kitabsevərlər sevinəcək ...
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
-
Nazirlər Kabineti siyahını təsdiqlədi
ƏDV-dən azad olunan çap məhsulları
-
Prezident fərmanları niyə icra olunmur?
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
-
Sudan ucuz?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
-
Bakıya cavabdeh Bakı olmalıdır
Yaxud sağ əlin sol əldən xəbəri yoxdur
-
Şıx çimərliyində şlaqbaumları götürüldü
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
-
Merdən “təmiz əl” xəbərdarlığı
Eldar Əzizov Meriyanın məmurlarını həbslə hədələdi
-
... Bağça müdirlərinə xəbərdarlıq
Meriyada keçirilən müşavirədə ...
-
İtirilən yaşıl milyonlar...
Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı
-
“Kupça”sız mənzil qalmayacaq
İlham Əliyevin inqilabi fərmanı
-
Eldar Əzizov baş direktoru qovdu
Şiddətli töhmət və sonuncu xəbərdarlıq işə yaramadı
-
“Heç bir gecikmə olmayıb”
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
-
“Kollektorlar vaxtında açılmadı”
Meriya “Azərsu”nu günahkar çıxrdı: ““Azərsu” fövqəladə hallara hazır deyil”
İslamiada yekunlaşdıqdan sonra hökumətdə neçə vaxtdır gözlənilən ixtisarların başlanacağı barədə ötən saylarımızın birində xəbər vermişdik. Hökumətə yaxın mənbə iddia etmişdi ki, hakimiyyət böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşır.
Bu istiqamətdə redaksiyamıza vaxtaşırı məlumatlar daxil olmaqdadır. Qeyd olunur ki, dəyişiklik Nazirlər Kabinetinin, Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə «yuxarıdan aşağıya» bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.
Xəbərlərdə bildirilir ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq dövlət başçısına təqdim edilib. «Ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatların son siyahısı prezidentin qərarına bağlıdır, dəqiqləşdirmələr və yenidən işlənməsi də mümkündür» deyə, xəbəri verən mənbə deyib.
Bildirilir ki, nazirlik və fəaliyyəti davam etdiriləcək komitələrdə bir müavin (istisna hallar mümkündür) üçün ştat saxlanılacaq. Çünki elə nazirliklər və komitələr var ki, orada 3, hətta 4 müavin ştatı var ki, onlar mütləq ixtisar olunmalıdır. Komitələrdə isə bir müavin olacaq. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.
Nazir müavinlərinin müvafiq işlə təmin edilməsi də gözlənilir ki, bu, pensiya yaşına çatanlara aid edilməyəcək. «Atlanmalar» (kadrların yerdəyişmələri və yerləşdirilmələri) haqda dəqiq bilgi yoxdur, amma ehtimal etmək olar ki, xüsusilə iqtisadi sahədə işləyənlərin yeni və ya birləşdirilən qurumlarda yerləşdirilməsində problem olmayacaq. Amma spesifik nazirliklərin birləşdirilməsində həm ciddi ixtisarların, həm də rəhbər vəzifəlilərin (Ziya Məmmədov və bir müavinin nümunəsini yada salmaq kifayətdir) işsiz qalması qaçılmaz olacaq. Bu, çox ciddi bir islahatlar paketidir və narazıların olması təbiidir. Eynilə Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. Gənclər və İdman İdarəsi, İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir. Nazirlər Kabinetinə ciddi «əl gəzdiriləcək». Ən böyük «şişmə»nin də məhz Nazirlər Kabinetində olduğu söylənilir.
İddia olunur ki, ciddi islahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də şamildir, icra başçısının yalnız bir müavini olacaq ki, o, həm humanitar, həm sosial məsələləri kurasiya etməlidir. Bundan başqa, «büdcəyə oturmuş» xeyli ştatlar var ki, onların səlahiyyətləri ya icra aparatında, ya da müvafiq nazirlik və ya komitələr arasında bölüşdürülməlidir. İcra başçıları postunun ümumiyyətlə ləğvi ilə bağlı xəbərlər də çoxdandır ağızdan-ağıza dolaşır. Mənbəmiz deyib ki, amma bu, indilikdə baş verməyəcək. Çünki belə olarsa, icra aparatında illərdir formalaşmış nəzarət mexanizmi sıradan çıxmış olar. Bu məsələ gələcəkdə Azərbaycanın ərazi vahidlərinin dəyişdirilməsi və vilayətlərin yaradılmasında planlaşdırıla bilər.
Dünyanın bir sıra ölkələrində qubernator sistemi özünü doğruldub ki, Azərbaycanda bunun tətbiqi Qarabağ probleminə görə ləngiyir. Çoxdan danışılır ki, ölkədə 7-10 arası vilayətin yaradılması planı var.
Bugünlərdə hökumətin iqtisadi planlarından xəbərdar olan deputat Vahid Əhmədov da 10 milyonluq Azərbaycanda 19 nazirlik və 9 dövlət komitəsinin olmasını, idarəetmə aparatının həddən artıq şişirdilməsini demişdi. Deputat demişdi ki, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub. «Görünür, tezliklə sistem dəyişiklikləri olacaq. Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur» deyə, deputat əlavə etmişdi.
Deputat xatırladıb ki, keçən ilin sonunda baş nazirin müavini Əli Əhmədov KİV-də islahatların yeni konsepsiyasının hazırlandığı barədə açıqlama verib. Həmin konsepsiya çərçivəsində idarə sistemində də dəyişikliklər gözlənilir.