vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:56 | 9 iyun 2017 | Cümə Məqaləyə 2989 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Komissiya Quba soyqırımı məzarlığına baxış keçirib

Prezidentinin köməkçisi Əli Həsənov kompleksin xatirə kitabına ürək sözlərini yazıb

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Prezidentin köməkçisi «Soyqırımı memorial kompleksi»ndə
  • «Soyqırımı memorial kompleksi»
  • Əli Həsənov kompleksin xatirə kitabına ürək sözlərini yazır

Quba «Soyqırımı memorial kompleksi»nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılan komissiya üzvləri bu gün Quba rayonuna səfər edib.

APA-nın şimal bürosunun xəbərinə görə, komissiya sədri, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyət «Soyqırımı memorial kompleksi»ni və kütləvi məzarlığı ziyarət edib.

Komissiya üzvlərinə Quba soyqırımı məzarlığı barədə məlumat verilib. Əli Həsənov kompleksin xatirə kitabına ürək sözlərini yazıb.

Ziyarətdən sonra isə Quba rayon İcra Hakimiyyətində Əli Həsənovun rəhbərliyi Quba «Soyqırımı memorial kompleksi»də mövcud vəziyyətlə bağlı müşavirə keçirilir.

Qeyd edək ki, Quba şəhərindəki «Soyqırımı memorial kompleksi»nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur.